Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Bərdəli məmurun sovet nostalgiyası... -FOTOFAKT

Bərdəli məmurun sovet nostalgiyası...
 Hələ də bütün ölkə, nəinki bütün ölkə, az qala dünya mediası Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi tutarlı cavabdan və Prezidentimizin erməni baş nazirə əməlli-başlı dərs keçməsindən danışır.

Yenixeber.org: Xatırladaq ki, sözügedən polemikada diqqətçəkən məqamlardan biri də SSRİ sövründə Azərbaycan SSR-nin rayonlarından birinin Şaumyan adlanması da polemikada ən çox dartışılan məqamlardan biri olmuşdu. Belə ki, sözügedən konfransda erməni baş nazirin Şaumyan rayonunun hansı ərazidə yerləşməsindən xəbərsiz olması bir yana, onun siyasi orientasiyası belə kiafyət qədər şübhələrə düşmüş oldu və bu da dünya mediası tərəfindən geniş şəkildə dartışılmaqdadır.

Prezident İlham Əliyev Paşinyana xitabən "Siz Stalinə simpatiya bəsləmirsinizsə, Şaumyan sevginiz" hardandır deməklə, bir daha erməni baş nazirin dolaşıq mövqeyini tam çılpaqlığı ilə ortaya qoymuş oldu.

Bilməyənlər üçün deyək ki, Şaumyan rayonu elə Paşinyanın dostu olan Stalinin zamanında, yəni 1930-cu ildə təşkil olunub və 1991-ci ilə qədər mövcud olub. Sonradan Qazım İsmayılov rayonuna birləşən Şaumyan deyilən rayonun hazırki adı Goranboydur və bu ad həmin ərazilərin bərpa olunmuş tarixi adıdır.

Bütün bunları təsadüfi olaraq vurğulamadıq. Sən demə, ölkəmizdə də, bizlər arasında da köhnə sovet nostalgiyasını yaşayanlar var. Bu barədə bildiririk ki, konkret olaraq Bərdə rayon təhsil şöbəsinin müdiri Rzaqulu Yaqub oğlu Şərifov eyni əhvalda olan adamlardandır.

Bərdəli məmurun sovet nostalgiyası...

Bunu redaksiyamıza yazan oxucularımız bildirir ki, əgər belə olmasaydı, sözügedən təhsil idarəsinin müdiri "http://barda.edu.gov.az/" rəsmi saytında özü barəsində məlumatda təhsil aldığı Gəncə Dövlət Pedaqoji İnstitusunun adını "Kirovabad Dövlət Pedaqoji İnstitutu" kimi qeyd etməzdi. Biz də başa düşürük ki, Rzaqulu müəllim bu zaman əlindəki diploma istinad edib, amma o da gün kimi aydındır ki, bərdəli məmurumuz orada olan "Kirovabad" sözünü "Gəncə" ilə əvəzləsəydi, kimsə ona irad tutmayacaqdı, əksinə anlaşılan olacaqdı ki, adam millətinin qanını içən Kirovun adını heç bir formada yaşatmaq istəmir...(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam