Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

ABŞ ermənistanlı nazirin səfərini LƏĞV ETDİ

ABŞ ermənistanlı nazirin səfəriniLƏĞV ETDİ


Vaşinqton Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-a səfərini ləğv edib.

Yenixeber.org:  Bu barədə Ermənistanın “Qraparak” (“Meydan”) qəzeti XİN-dəki mənbəyə istinadən yazır.

Bildirilir ki, Yerevan bu səfərin üzərində çoxdandır işləyirdi və xeyli səy göstərmişdi. Lakin Ermənistanın Suriyaya hərbi missiya göndərməsi bütün işləri korlayıb.

“Mənbə deyir ki, bu məsələdə ABŞ prezidentin milli təhlükəsizlik müşaviri Con Boltonun baş nazir Nikol Paşinyanla yanvarın sonlarında baş tutmuş telefon danışığı əsas rol oynayıb. Bolton soruşub ki, Ermənistanın Suriyaya hərbi missiya göndərməsi barədə qərarı qətidirmi? Və buna müsbət cavab alıb”-qəzet yazır.Bildirilir ki, Ermənistan XİN bütün mümkün yollarla situasiyanı düzəltməyə və ABŞ dövlət katibi Mayk Pompeonun Mnatsakanyana dəvət göndərməsinə çalışır. Lakin bütün səylər boşa çıxır. “İstisna deyil ki, bu səfərin təşkili üçün erməni tərəfi lobbiçilərin xidmətindən istifadə etsin. Yeri gəlmişkən bizim Vaşinqtondakı səfirimizin də vəziyyəti yaxşı deyil”-mənbə qeyd edib.

Xatırladaq ki, bu günlərdə erməni mənbələri baş nazir Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin Qarabağ danışıqları üçün ABŞ-da görüşə biləcəklərini iddia etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam