Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Erməni diplomatiyasının Münhen faciəsi –TƏHLİL

 
Münhen Təhlükəsizlik Konfransı nə qədər əhəmiyyətli bir tədbirdir? Əvvəlcə bunu aydınlaşdıraq. O, 1962-ci ildən bəri düz 57 ildir ki, keçirilir. Bu, həmin 1962-ci ildir ki, SSRİ ilə ABŞ-ı nüvə müharibəsinin bir addımlığına gətirən “Karib böhranı” baş vermişdi. Ondan bir il əvvəl isə Berlin divarı çəkilmiş, Sovet İttifaqı kosmosa ilk uçuşu həyata keçirmişdi. Maraqlı və gərgin dövr idi.
Yenixeber.org: Münhen Təhlükəsizlik Konfransının yaranmasından sonrakı ilk 30 ildə onun istirakçıları əsasən NATO ölkələrinin yüksək rütbəli hərbi və siyasi liderləri olub. Soyuq müharibə başa çatdıqdan sonra isə 90-cı illərin ortalarından etibarən bir zamanlar əks qütbdə dayanan Rusiya, Çin, Şərqi Avropa liderləri də onun işində iştirak etməyə başlayıblar.
2007-ci ildə prezident Putinin Münhendəki məşhur çıxışı dünyada birmənalı olaraq yeni Soyuq müharibənin başlanması kimi qəbul olunmuşdu.

Göründüyü kimi, belə mötəbər platformalar dünya siyasətinin axarına təsir edir, beynəlxalq münasibətlərdə dönüş nöqtəsinə çevrilə bilir.

Daniel Estulin ”Bilderberq klubu" kitabında yazır ki, “1954-cü ildə dünyanın ən qüdrətli, nüfuzlu insanları Hollandiyada ilk dəfə qapalı şəraitdə görüş keçirdilər və dünyanın gələcəyinə dair bundan sonra məxfi görüşlər keçirməyi qərara aldılar. Dünya siyasətində xüsusi yeri olan ABŞ, Kanada və Qərbi Avropanın siyasi-maliyyə elitasının həmin görüşləri indiyədək məxfi, yalnız öz adamlarından ibarət dar bir çevrədə təşkil olunur. Onunla müqayisədə Münhen konfransı və digər bu tip platformalar daha açıq, şəffaf, məxfilik pərdəsi örtülməmiş şəkildədir”.

Bütün bunlar Münhen təhlükəszlik konfransının çox vacib platforma olduğunu açıq şəkildə göstərir. Biz belə bir platformada Ermənistan diplomatiyasının və ideologiyasının necə darmadağın edildiyinin şahidi olduq.

Paşinyanla debat zamanı İlham Əliyev təkcə onun dediklərini təkzib edib, ermənilərin baş nazirini pis vəziyyətdə qoymadı. O, bütövlükdə erməni siyasətinin tezislərini gülüş hədəfinə çevirdi. Dünyaya səpələnmiş erməni siyasətçiləri, jurnalistləri, ideoloqlarının illərdir gördüyü işi təkbaşına puç edib, heçə çıxardı. Bu, erməni diplomatiyasının faciəsi idi.

Özünün yerində olmadığını aşkar hiss edən Paşinyanın dili dolaşır, fikirləri bir-birinə qarışdırır, çaşırdı. Onun bu halı bütövlükdə Ermənistanın Qarabağ münaqişəsindəki vəziyyətini əks etdirirdi. Paşinyan Münhen Konfransı kimi tədbirdə tamamilə təsadüfi adam təsiri bağışlayır və onun İlham Əliyevin qarşısındakı çaşqınlığı bu təəssüratı hər saniyə daha da gücləndirirdi.

Ermənistanın baş naziri Münhen görüşündə ayağına top keçəndə meydanın ortasında məqsədsiz vurnuxan naşı futbolçuya bənzəyirdi. O, real siyasətlə uzlaşmayan mücərrəd fikirlər deyir, tarixi nağıllar danışırdı. 
İlham Əliyevin dedikləri isə abstraktdan uzaq, real faktlar idi. Xocalı ilə bağlı Ayaz Mütəllibovun şahidliyindən tutmuş, BMT qətnamələrinin mahiyyətinin Paşinyana izah edilməsinədək. Azərbaycan prezidenti Ermənistanın baş nazirinə tarix və diplomatiya dərsi keçdi.


Paşinyan deyir: "Şaumyan rayonu var idi və 1988-ci ildə oranın əhalisi 100 faiz ermənilərdən ibarət idi. İndi isə orada bir erməni yoxdur və Şaumyan adı azərbaycanca adla əvəz olunub. Bu, mənim üçün çətin sözdür".
İlham Əliyev tam haqlı olaraq buna belə münasibət göstərdi: "Şaumyan bolşeviklərdən biri idi. O, günahsız azərbaycanlıları qətlə yetirmiş şəxs idi. Bugünkü Dağlıq Qarabağın qondarma paytaxtı onun adı ilə adlandırılıb. Sual olunur: əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb. Çünki paytaxtın qədim adı Xankəndidir - Xanın kəndi. Şaumyanın adı Stepan idi, kert - Ermənistanda şəhər deməkdir, elə deyilmi? Stepanakert həmin bolşevikin adı ilə adlandırılıb. Bu, bir daha onu sübut edir ki, həmin ərazilərdə heç bir erməni tarixi irsi yoxdur və mənim başladığım məqama gəldikdə, bu tarixi məsələ münaqişənin necə həll olunmalı olduğunu başa düşmək üçün mühümdür".

Debatın əvvəlində tarixə qayıtmağı lüzumsuz hesab edən Paşinyan sonda yenidən tarixi saxtalaşdırmağa cəhd edir: "Böyük Tiqranın dövründə bizim regionda yalnız iki millət var idi: ermənilər və gürcülər. Nəinki Böyük Tiqranın dövründə, o cümlədən, Baqratunilər, Arşakunilər dövründə də belə olub. Bunu istənilən tarix kitabında tapa bilərsiniz".

Tarix kitablarında Baqratunilər, Arşakilər adı var. Lakin onun haylara nə aidiyyəti var, bu, hansı sanballı tarixi mənbədə qeyd edilib? Arşakilər, Baqratidlər, Artaşesidlər və Rubenidlər ermənilərə ümumiyyətlə, heç bir aidiyyatı olmayan qədim çarlıqlar hesab olunur. Adıçəkilən dörd çarlıqdan Arşakilər (Ərsaqilər) parfiya mənşəli olub, indiki Ermənistan ərazisi də daxil olmaqla Atropatena, İberiya və Qafqaz Albaniyasını idarə edən qədim sülalə olublar. Sülalənin banisi I Arşak (Ərsaq) Parfiya dövlətinin əsasını qoymuşdu. Bizim eradan əvvəl 250/256-cı ildən eramızın 224-cü ilinədək hakimiyyətdə olan Ərsaqilər İranı yunan-makedoniya sülaləsi olan Selevkilərdən azad etmiş və öz əcdadlarını Avesta qəhrəmanlarına bağlamışlar. Avesta isə qədim azərbaycanlıların müqəddəs kitabıdır, ermənilərin yox. Tarixi mənbələr onların adlarını “Ər” (igid, ərən, cəsur) və “Saq” sözləri ilə əlaqələndirərək, türk mənşəli qədim Sak tayfaları ilə əlaqələndirirlər. Bəzi mənbələrdə isə sülalənin əsaasını qoyan xalqların Xəzər dənizindən şərqdə yaşayan parna tayfaları olduğu bildirilir ki, onların da ümumiyyətlə, ermənilərə heç bir aidiyyəti yoxdur. Onlar Makedoniyalı İsgəndərin ölümündən sonra Parfiyaya daxil olmuş, İran və Mesopotamiya üzərində nəzarəti tədricən öz əllərinə keçirmişlər.

“Dörd erməni çarlığı”ndan biri olduğu iddia edilən Baqratidlərin də kökünü ermənilər Bibliyada adı çəkilən Qədim İsrail çarı Davidə (Davud) və onun oğlu Solomona (Süleyman) bağlamağa cəhd göstərir və bununla da özlərinin müqəddəs kitabda adı çəkilən qədim xalq olduqlarını sübuta yetirmək istəyirlər. Erməni tarixçilərinin uydurmalarına görə, guya, Baqratuni tayfası Ermənistana gətirilmiş yəhudi mənşəli əsir hansısa Şambotdan (ermənicə Smbat və ya Sumbat) başlayır. Baqrationların mənşəyi ilə bağlı gürcülərin də öz versiyası var. Onlar ermənilərdən fərqli olaraq sülalənin kökünü eramızdan əvvəl III əsrdə hökmranlıq etmiş Parnavazianilərə - İberiya çarları sülaləsinə bağlayırlar.

Beləliklə, dünyanın mühüm təhlükəsizlik mərkəzlərindən birində - Münhendə özünü “demokrat” adlandıran Ermənistanın mikro(b)inqilab lideri Paşinyan öz avantürist çıxışı ilə builki tədbirin əsas antipoduna çevrildi. Münhen konfransında deyilən hər bir fikir təhlil olunur və dünya siyasətçilərinin diqqətinə çatdırılır. Mikro(b)inqilabçı baş nazirin psixoloji cəhətdən natamamlıq kompleksi, dil bilgisinin zəifliyi, ölkəsinin hüquqa söykənməyən, əsaslandırıla bilməyən mövqeyi onu həm İlham Əliyev, həm dünya ictimaiyyəti, həm də ona etimad göstərib, hakimiyyətə gətirmiş güc mərkəzləri, diaspor qarşısında pis vəziyyətə saldı.

Hər bir halda nəinki Paşinyan, nəinki Ermənistan, bütövlükdə dünya erməniliyi daha bir mühüm beynəlxalq görüşdə uduzdu. Həm də elə uduzdu ki, bu, tarixə Erməniliyin Münhen Faciəsi kimi düşəcək.


Azvision.az 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam