Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bir müəllim ömrü-FOTOLAR

 

       

                                       Mən dünyada müəllimdən şərəfli ad tanımıram.
                                                           Heydər Əliyev.

 Yenixeber.org: Haqqında danışacağımız müəllim və alim Yusifova Anaxanım Əmralı qızı  biologiya üzrə fəlsəfə doktoru, dosent, ADPU-nun Biologiya və onun tədrisi texnologiyası  kafedrasının müdiridir. Anaxanım müəllimə 1983-cü ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirib. 2001-ci ildə dissertasiya müdafiə etmiş, biologiya üzrə fəlsəfə doktoru adını almış,  2009-cu ildə dosent elmi adına layiq görülmüşdür. 2001-2009-cu illərdə ADPU-nun Botanika kafedrasının baş müəllimi vəzifəsində işləmiş, 2009-2013-cü illərdə ADPU-nun Botanika kafedrasının dosenti olmuşdur. 2011-2017-ci illərdə ADPU-nun Botanika  kafedrasının müdiri vəzifəsində işləmişdir.  2017-ci ildən  Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri vəzifəsində işləyir. Elmlər doktorluğu üzrə dissertasiya üzərində çalışır, 54 elmi əsərin müəllifidir.

Yuxarıda qeyd olunan göstəricilər bir insan, bir alim və bir müəllim üçün şərəfli həyat yolu olmaqla bərabər, özünəməxsus çətinliklərlə həyata keçirilir.  Müəllimlik ən şərəfli peşə olsa da, bu peşənin çətinliyini hər kəs bilir. Bu peşə insanın həyatını öz dərinliklərinə aparır, müəllim yalnız öz həyatını yaşamır, təhsil verdiyi tələbələrin həyatını da öz həyatı ilə bərabər yaşayır.

Bir insan ömrü gənc nəslin yetişməsinə həsr olunursa, bu insan bir növ öz həyatını bu işə həsr edir, bu yolda daim axtarışda olur. Azərbaycan təhsilinin dünyaya inteqrasiyası və təhsil mentalitetinin dəyişməsi müəllimin işini daha da mürəkkəbləşdirdiyi üçün müəllim daim öz biliyini zənginləşdirməlidir.

 Məlimdur ki, müasir təhsil sistemi daim dəyişir, bu da öz növbəsində müəllimin də öz metodikasını daim təkmilləşdirməsini, tələbələrə və digər təhsil işçilərinə fərdi yanaşmasını tələb edir.  Müasir müəllim tələbənin daim dəyişən dünyada gedən proseslərə hazır olmasına, stres və depressiya vəziyyətlərində özünütənzimləməsinə kömək etməyi bacarmalıdır. Müasir müəllim tələbələrə  psixoloji-emosional  hallarda sərbəst və düzgün qərarlar verməyi öyrətməyi də  bacarmalıdır.  Göründüyü kimi, müəllimin öhdəsinə düşən vəzifələr daim yenilənir və çətinləşir.

Anaxanım müəllimə bir müəllim və kafedra müdiri kimi öz öhdəsinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirir. Bunu Anaxanım müəllimə barədə fakültənin dekanı Elnarə xanım Mehbalıyevanın sözlərində də görmək mümkündür:Fakültədə tələbənin xeyrinə olan bütün məsələlərdə Anaxanım müəlliməyə ürəklə müraciət edə bilirik, o həmişə hər hansı bir problemin tələbənin xeyrinə həll olunmasına çalışır və bizə yaxından  kömək edir”.

 

2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Bu Sərəncama ADPU-da xüsusi diqqətlə yanaşılmış, martın 27-si Azərbaycanda ilk dəfə olaraq “Elm günü” kimi qeyd edildiyindən Kimya-Biologiya fakültəsində də xüsusi əlamətdarlıqla qeyd edilmişdir.  Bu tədbirdə Anaxanım müəllimə tədbir təşkilatçılarından biri olmaqla bərabər, “Genmodifikasiyaedici qidalar və onlara qarşı maarifləndirmə tədbirləri” adlı məruzə ilə çıxış etmiş, insan sağlamlığını qorunması sahəsində gənc nəslə elmi məlumatlar vermişdir. 

Anaxanım müəllimə uzun illərdir ki, ADPU-nun imtahanlarda Appelyaisya Komissiyasında fəaliyyət göstərir. Onun obyektivliyi, humanistliyi Universitet rəhbərliyi, eyni zamanda tələbələr tərəfindən müsbət qiymətləndirilir.

 Nəhayət, alim kimi fəaliyyətinə gəldikdə kafedrada təzə işə başlayan müəllimlərin, doktorantların dərsə hazırlaşmasına çox diqqət və qayğı ilə yanaşmasını kollektivin bütün üvzləri təsdiq edə bilər. Onun mühazirəsini apardığı “Bitki fiziologiyası” fənninin laboratoriya dərslərini aparan müəllimlərə dərsin bütün incəliklərini, dərsdə qoyulacaq təcrübələrin texnologiyasını xüsusi diqqətlə öyrədir. Onun rəhbərlik etdiyi kafedrada professor-müəllim, o cümlədən tədris-köməkçi heyəti Anaanım müəllimədən xüsusi razılıqla danışırlar. O hamının qayğısına qalır, hamının iş və şəxsi problemlərinə xüsusi diqqətlə yanaşır.

 

           

 

 

ADPU-da martın 27-sində Azərbaycanda ilk dəfə olaraq Kimya-Biologiya fakültəsində

 “Elm günü”

 

Bu günlərdə ADPU-nun Elmi Şurasında Anaxanım müəllimə rektorluq tərəfindən Fəxri-Fərmanla təltif olunmuşdur. Onun Azərbaycan Təhsilinə göstərdiyi xidmət göz qabağındadır. İnsanlığı, alimliyi, müəllimliyi ən yaxşı sözlərə layiq olan Yusifova Anaxanım  Əmralı qızına işlərində uğurlar, həyatda xoşbəxtlik və can sağlığı arzulayırıq.

 

 

ADPU-nun “Biologiya və onun tədrisi texnologiyası” kafedrasının dosenti A.M.Həsənova

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam