Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Faiq Mirişlinin anadan olmasının 75 illiyi

 

 

"xeberinfo.com":Naxçıvan Dövlət Universitetində prezident təqaüdçüsü, “fizika və energetika” kaferasının dosenti, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Faiq Əqil oğlu Mirişlinin anadan olmasının 75 illiyinə həsr edilmiş mərasim keçirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov çıxışına ümummilli lider Heydər Əliyevin müdrik sözləri ilə başlayıb: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram". Qeyd olunub ki, F. Mirişli illərdir ki, müəllim adını şərəflə daşıyır, gözəl, yenilikçi insan və əməkdaş kimi o, universitet həyatında fizika fənni üzrə yorulmaz, fədakar, əzmkar fəaliyyət göstərir. NDU-da işlədiyi illər ərzində F.Mirişli elektroradiotexnika və materialşünaslıq kafedrasının müdiri, 1992-1997-ci illərdə universitetin tədris işləri üzrə prorektoru, 1997-2007-ci illərdə fizika kafedrasının müdiri vəzifəsində çalışmışdır. Yubilyar çoxillik elmi-pedaqoji fəaliyyətinə görə və 75 illik yubileyi ilə əlaqədar universitet rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunub.

Elmi işlər üzrə prorektor, fizika üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyev prezident təqaüdçüsü, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Faiq Mirişlinin həyat yolu və elmi-pedaqoji fəaliyyəti haqqında mərasim iştirakçılarına məlumat verib. Bildirilib ki, F.Mirişli səriştəli, tədqiqatçı alimdir. Onun bərk cisimlər fizikasının seqnetoelektriklər sahəsində apardığı elmi-tədqiqat işləri xarici elmi mətbuatlarda çap edilmiş və bir neçə məqalələrin nəticələrindən elmi ədəbiyyatlarda istifadə olunmuşdur. F.Mirişli spontanpolyarizələşmiş kristalların əmələ gəlmə kriteriyasını vermiş, ilk dəfə 20-dən çox təbəqəli quruluşa malik seqnetomaqnit kristallarının quruluşunu öyrənmiş və həmin kristalların kompleks tədqiqatını aparmışdır.

Memarlıq və mühəndislik fakültəsinin dekanı, texnika üzrə fəlsəfə doktoru, dosent Cavanşir Zeynalov, fizika və energetika kafedrasının müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Şəmsəddin Kazımov, fizika-riyaziyyat fakültəsinin dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Nəcəfov, universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov,  II kurs tələbəsi Sahilə Abdullayeva çıxışlarında, Faiq müəllimin universitetdə hamı ilə səmimi münasibətindən, müəllim adını şərəflə daşıyaraq tələbələrə fizika fənninin öyrədilməsində  onun mühüm rolundan bəhs edərək, yubilyarı təbrik ediblər.

Hazırda Energetika və fizika kafedrasının dosenti vəzifəsində fəaliyyətini davam etdirən yubilyar Faiq Mirişli ürək sözlərini tədbir iştirakçıları ilə bölüşərək, göstərilən qayğıya görə minnətdarlığını bildirib.

 

 

Mina Qasımova

 

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam