Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

GDU-da açıq dərs

     

  "Xeberinfo.com": Gəncə Dövlət Universiteti Biologiya-Kimya fakültəsində Botanika kafedrasının müdiri, biologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Vaqif Novruzovun  biologiya müəllimliyi və biologiya ixtisasının II kursunda “Taxıllar fəsiləsi” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin akademik katibi və həqiqi üzvü, əməkdar elm xadimi Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin kimya kafedrasının müdiri, kənd təsərrüfatı elmləri doktoru, professor Nazim Yusifov, Azərbaycan Texnologiya Universitetinin İaşə məhsullarının texnologiyası və turizm kafedrasının müdiri,biologiya elmləri doktoru Əhəd Nəbiyev, Gəncə şəhər təhsil idarəsinin nümayəndəsi, orta məktəblərdən ixtisas müəllimləri, eləcə də ictimaiyyətin nümayəndələri iştirak etmişdir.

    Rektor Yusif Yusibov gələn qonaqları və tələbələri salamlayaraq qısa şəkildə son vaxtlar Universitetdə görülən işlərdən, tələbələr üçün yaradılan şəraitdən, təhsil və təchizat sahəsindəki uğurlardan bəhs etdi. Professor Yusif Yusibov eyni zamanda Prezidentimiz cənab İlham Əliyevin xüsusi qayğısı və dəstəyi ilə  Respublikamızda təhsillin inkişafı, yeni məktəb binalarının tikintisi, müasir tələblərə cavab verə biləcək maddi-texniki bazaların yaradılması məsələsini də  xüsusilə vurğulandırdı. Görülən işlər təhsillə bağlı Dövlət siyasətinin tərkib hissəsidir. Gəncə Dövlət Universiteti də bu siyasəti davamlı şəkildə həyata keçirən təhsil ocaqlarından biridir. Universitet yüksək texnologiyanın vasitəsilə təhsildə daha ciddi uğurlar qazanmaq üçün yeni-yeni layihələr hazırlayır, onları reallaşdırır. Bu layihələrdən biri də şəhər içtimaiyyəti nümayəndələrinin ştirakı ilə açıq dərslərin təşkilidir.

    Professor Vaqif Novruzovun texiki və tenoloji baxımdan daha güclü hesab edilən “Ağıllı” lövhə” vasitəsilə keçdiyi açıq dərs nəinki tələbələrin, həm də iştirakçıların marağına səbəb oldu. Dərsin əyani surətdə keçirilməsi, elmi məlumatların yeniliyi və zənginliyi, müəllimin pedaqoji ustalığı Gəncə Dövlət Universitetinin uğurlarını bir daha təsdiq etdi.

   Akademik Fuad Əliyev belə bir maraqlı dərsi dinləmək üçün dəvət edildiyinə görə öz təşəkkürünü bildirməklə, vaxtının həddən artıq səmərəli keçdiyini də deməyi unutmadı.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam