Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Füzulidə - ali məktəblərə qəbul olunan şagirdlərlə görüş keçirildi

 

Horadiz şəhərində Füzuli rayonundan ali məktəblərə, hərbi məktəb və orta ixtisas məktəblərinə qəbul olunmuş tələbələrlə görüşü keçirilmişdir. Görüşdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı  Alı Alıyev, rayonun ümumtəhsil məktəblərinin direktorları, ziyalılar və tələbə adını qazanmış şagirdlərin valideynləri iştirak etmişdir.

Yenixeber.org:  Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Parkında Ulu öndərin abidəsini ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə təhsil sahəsində əldə edilən uğurlar, qazanılan nailiyyətlərdən danışmışdır. Bildirmişdir ki, bu gün təhsil sahəsində inkişaf təkcə Bakıda deyil, əyalətlərdə də hiss olunmaqdadır. Cəbhə bölgəsinə yerləşəşən Füzuli rayonunda təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, rayondan ali məktəblərə daxil olan şagirdlərin sayı ildən ilə artmaqdadır.

Rayon Təhsil şöbəsinin müdiri Ramella Məmmədova çıxış edərək rayonda təhsilin bu günkü vəziyyəti, qəbul imtahanları zamanı əldə olunan göstəricilər barədə ətraflı məlumat vermişdir. Ramella Məmmədova bildirib ki, bu il Füzuli rayonunun orta ümumtəhsil məktəblərini bitirən 1040 məzundan 726 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün sənəd vermişdir. Məzunlardan 454 nəfəri respublikanın müxtəlif ali məktəblərinə, 156 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunublar.

Tələbə adını qazanan gənclərdən 50 nəfəri 500-dən, 15 nəfəri isə 600-dən çox bal toplayıb. Rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni 47, 48, 33, 9 və Böyük Bəhmənli kənd 2 nömrəli tam orta məktəblərinin məzunları göstəriblər.

Görüşdə qəbul imtahanlarında yüksək nəticə göstərərərək ali məktəblərə qəbul olunan tələbələr, onların müəllim və valideynləri çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər. Tələbələr müəllim və valideynlərinin etimadını doğruldacaqlarına, bilik və elmlərə əzmlə yiyələnərək ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.  

Görüşü yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tələbə adını qazanmış gəncləri bir daha təbrik etmiş, onlara uğurlar arzulamışdır. Alı Alıyev tələbə adını qazanan gənclərə elmə, biliyə daha dərindən yiyələnməyi, yüksək ixtisaslı kadrlar kimi yetişməyi, harada olmalarından aslı olmayaraq Respublikamızın adını həmişə uca tutmağı tövsiyyə etmişdir.

Sonda qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan gənclərə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qiymətli hədiyyələr təqdim edilib.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam