Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Dövlət rəsmisi Horadizdə ictimaiyyət nümayəndələri ilə görüşüb

 

 

 

  Dövlət müşaviri Kamal Abdullayevlə görüşdə dini tolerantlıq, mədəniyyətlər arasındakı dostluq münasibətləri  müzakirə olunub

 

"Xeberinfo.com": Azərbaycan Respublikasının millətlərarası, mültikultiralizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Füzuli rayonunda olmuş,  Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində ziyalılar, din xadimləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri ilə görüş keçirmişdir.

Tədbir iştirakçıları əvvəlcə ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsində müstəsna xidmətləri olmuş Ulu öndər Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək ehtiramlarını bildirmişlər.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbiri açmış, Azərbaycanda mövcud olan dini tolerantlıqdan, mədəniyyətlər arasındakı dostluq münasibətlərindən danışmışdır. Alı Alıyev bildirmişdir ki, ölkəmizdə yaşayan müxtəlif dinlərin və mədəniyyərlərin nümayəndələri arasında tarixən dostluq, qardaşlıq münasibətləri mövcud olmuş, ayrı-ayrı dinlər, etiqadlar arasında qarşılıqlı hörmət və etirama əsaslanan əməkdaşlıq münasibətləri hökm sürmüşdür.

İcra Hakimiyyətinin başçısı qeyd etmişdir ki, Füzuli rayonu daima tolerantlıqla, dinlər arasında qarşılıqlı anlaşma ilə fərqlənmişdir və bu gün də fərqlənir.

Alı Alıyev respublikada o cümlədən Füzuli rayonunda görülən abadlıq, tikinti-quruculuq işləri barədə məlumat vermişdir.

Azərbaycan Respublikasının millətlərarası, mültikultiralizm və dini mələlələr üzrə Dövlət müşaviri Kamal Abdullayev Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərindən bəhs etmiş, ölkəmizdə tolerantlıq, mültikultiralizm ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışmışdır.

Görüşdə Azərbaycanda millətlərarası münasibətlər, dinlərin, dillərin və mədəniyyətlərin, multikultiralizm ənənələrinin inkişafı, azərbaycançılıq ideologiyasının təbliği və təşviqi sahəsində həyata keçirilən dövlət siyasəti barədə də ətraflı fikir mübadiləsi aparılmışdır.

Çıxış edənlər ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirmiş, son dövrlər bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişlər. 

 

Sonda Kamal Abdullayev Horadiz şəhər “Əhli Beyt” məscidində olmuş,  dindarlarla görüşmüşdür.   

 


 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam