Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu şəxslərə məktəbli formaları pulsuz paylanacaq -RƏSMİ

“2017-ci ildən məktəbli formalarının qiymətləri dəyişməyib”.

Yenixeber.org:   Bu sözləri  açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov deyib. O bildirib ki, 1-6-cı siniflərin məktəbli formasının qiyməti 40 manat, 7-11-ci sinif şagirdləri üçün 46 manatdır:

“Bu dəstə pencək, şalvar və yaxud pencək, ətək daxildir. Hal-hazırda tikiş prosesi gedir və formaları hər il təxminən 20-25 min civarında tikirik. Biz öz mağazalarımızda olan bütün mallara cavabdehik və onların hamısında qiymətlər eynidir. Digər mağazalarda olan qiymətlərin isə bizə aidiyyəti yoxdur”.
E.Əzimov qeyd edib ki, Təhsil Nazirliyinin sifariş etdiyi 10 000 məktəbli formasının da hazırlanmasına davam edilir:
“Sentyabrın 15-dək onların sifarişlərini çatdıracağıq. Nazirlik hər il bizdən formalar alır və bu il də əvvəlki illərdə olduğu kimi aldığı formaları internatlara və kimsəsizlərə paylayacaq”.

Qeyd edək ki, Bakı Tikiş Evi artıq 10 ildir vahid məktəbli formasının istehsalını və satışını həyata keçirir. “BTE” loqosu ilə məktəbli geyimləri dörd modeldə hazırlanır. Gigiyenik və uyğunluq sertifikatı olan formaların parçası Türkiyədən gətirilir və bu geyimlər uşaqların sağlamlığına heç bir əks təsir göstərmir. Məktəbli formalarının keyfiyyətinə bir il zəmanət verilir.

Həmçinin əhalinin rahat alış-verişini təmin etmək üçün Sumqayıt, Mərdəkan, Qaradağ, Buzovna və Sahil qəsəbələrində, habelə metronun müxtəlif stansiyalarının yaxınlığında BTE-nin satış mərkəzləri fəaliyyət göstərir. Ümumilikdə isə BTE-nin 9 filialı var. Satış mərkəzləri həftənin yeddi günü fasiləsiz fəaliyyət göstərir. Eyni zamanda, ilboyu BTE-nin bütün satış mərkəzlərindən məktəbli formasını və aksesuarlarını almaq olar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam