Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Məktəbli bazarlarında canlanma –Qiymətlər

Yeni tədris ilinin başlanmasına təqribən 25 gün qalır və yarmarkalarda, ticarət mərkəzlərində məktəbli formaları, ləvazimatları satılmağa başlanıb.

Yenixeber.org: “Sədərək”, “Binə” ticarət mərkəzlərində, “20 Yanvar”dakı yarmarkada, “Laçın” ticarət mərkəzində məktəbli bazarı canlanır.

Valideynlər indidən övladlarına formalar, ayaqqabılar, çantalar, qələm, karandaş, dəftər və s. zəruri məktəb ləvazimatları almaqdadırlar.

Hazırda qismən ucuz məkanlar “Sədərək” və “20 Yanvar” metrosu yaxınlığındakı bazar sayılır. Ötən illə müqayisədə qiymətlərdə dəyişiklik olduğu bildirilir. Amma valideynlər 1 ay əvvəldən lazımi ləvazimatları almağa çalışırlar. Çünki əsasən sentyabrın birinci ongünlüyündə məktəb ləvazimatlarının qiymətləri ənənəvi olaraq xeyli artmış olur.

Yerli istehsal olan 12 vərəqli dəftər 10 qəpikdən, 40 vərəqli 30-40 qəpikdən, 60 vərəqli dəftərlər 40-50 qəpikdən, 100 vərəqli dəftər isə 60-80 qəpikdən satılır.

Rusiya istehsalı olan, daha keyfiyyətli dəftərlər almaq istədikdə isə bu dəyər tam olaraq iki dəfə artır.

Qələmlər 10-50 qəpiyə, rəngli karandaşlar 3-12 manata, rəsm albomu 30 qəpiyə, sadə karandaşlar isə 15-40 qəpiyə satılır. Penal 2-7 manata, su qabları 6-10 manata, iş dəftərləri isə müxtəlif qiymətlərədir.

Çin istehsalı olan ən ucuz çantalar 10-35 manata, keyfiyyətli, Türkiyə istehsalı olan çantalar isə 50-80 manatadır.

Məktəbli formalarına gəldikdə, qeyd edək ki, bu il məktəbli formalarının qiymətlərində dəyişikliklər olub. Əvvəlki illərdən fərqli olaraq, bu il aşağı sinif şagirdlərinə jiletlər satılmayacaq:

Daha bir dəyişiklik isə odur ki, əvvəllər məktəbli geyimləri dəst satılırdısa, bu il üçün hər geyimin öz qiyməti əsasında tək-tək də satılacaq.

Qiymətlər isə belədir: köynək - 8 manat, şalvar - 42 ölçüyədək 15 manat, 54 ölçüyə kimi 18 manat, pencək - 25 manat, yubka - I-VI sinif şagirdləri üçün 15 manat, böyük siniflər üçün aşırma (sarafanla) olan 18 manat, jilet - 8 manat.

Xatırladaq ki, ötən il ilk dəfə olaraq paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin müxtəlif ərazilərində məktəbli yarmarkası təşkil edilmişdi. Yarmarka avqustun 25-dən sentyabrın 25-dək davam etmişdi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam