Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

Bakı Tikiş Evi: Saxta formaların satışının qarşısı alınmır

    27 Avqust 2018    Oxunub : 238

Bakı Tikiş Evi: Saxta formaların satışının qarşısı alınmır
"Aidiyyatı orqanlara və təşkilatlara dəfələrlə yazsaq da, saxta məktəbli formalarının satışının qarşısı alınmır. Biz onlarla necə mübarizə aparacağımızı bilmirik"

Yenixeber.org: Bunu açıqlamasında "Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin direktoru Etibar Əzimov deyib.
O bildirib ki, saxta məktəbli formaları uşaqlar üçün zərərli olmaqla yanaşı, insanlar üçün əlavə xərcə səbəb olur: "Camaatın başına oyun açırlar. Kiloqramla alıb gətirirlər, üstünə "Bakı Tikiş Evi"nin adını yazıb, insanlara satırlar. Bu formalar, dizayn yalnız BTE-ə aiddir. Heç kimin onu götürməyə ixtiyarı yoxdur. Bizim adımızdan istifadə edərək mənşəyi bilinməyən keyfiyyətsiz məktəbli formaları satırlar. Formalar keyfiyyətsiz olduğundan uşaqlar arasında xəstəliyə səbəb olur. Belə saxta formalar həm insanların ciblərinə, həm də uşaqlara ziyandır. Onlar allergiya ola bilər, bədəni səpə bilər. Bunlara qarşı ölçü götürən yoxdur".

Ə.Əzimov qeyd edib ki, belə formaların sertifkatı olmamaqla yanaşı, zirzəmi şəraitində tikilir. 2 manat və ya 5 manat fərqə görə, camaat həmin malları alır: "Bizim satış mərkəzlərində satdığımız formalara 1 il zəmanət veririk. İnsanlar aldanmamaq üçün formaları alan zaman sertifikat tələb etsinlər. Həm geyimlərin tikilişi, həm də materialda fərq var. Buna diqqət etmək lazımdır".

Şöbə direktoru, həmçinin bildirib ki, hazırda insanlar istirahətdə olduğu üçün alıcı səviyyəsi aşağıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam