Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Bazarlar saxta məktəbli formaları ilə dolub”

 

Saxta məktəbli formalarını əslindən necə ayırmalı ?

“Saxta məktəbli formalarının satışının qarşısını almaq üçün bu ildən kostyumlara dəyişiklik ediləcək”.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə azvision.az-a “Bakı Tikiş Evi” ASC-nin satış üzrə müdiri Etibar Əzimov deyib. Onun sözlərinə görə, hər il olduğu kimi bu il də bazarlar saxta məktəbli formaları ilə dolub. Odur ki, bu il “Bakı Tikiş Evi”nin tikdiyi məktəbli formlarını saxtadan ayırmaq üçün kostyumlara göy astar tikiləcək.



ASC- rəsmisi onu da bildirib ki, saxta məktəbli formaları ilə bağlı müvafiq instansiyalara müraciət olunub. Artıq Standartlaşdırma Meterologiya və Patent üzrə Dövlət Komitəsi də saxta formalarla bağlı monitorinqlər aparır və sanksiyalar tətbiq edir: 

“Bazara girəndə görürsən ki, iki məhsulun etiketində “Bakı Tişik Evi” yazılıb. Amma birinin qiyməti 34 manatdır, digərinin qiyməti isə 24 manat. Valideyn də çaşbaş qalır. Bir il məktəbli formalarının tamamilə tikdik və bazara çıxardıq. Saxta mallar satıldı, “Bakı Tikiş Evi” nin istehsal etdiyi formalar isə bir il anbarda qaldı. Odur ki, indi bazara müəyyən miqdarda məhsul tikilib çıxarılır. Həmin məhsullar satılıb azalandan sonra yeniləri tikilir”.

Məktəbli formalarının qiymətlərində də dəyişiklik edildiyini deyən ASC rəsmisi bildirib ki, əvvəllər qiymətlər ölçüyə görə dəyişirdisə indi qruplaşma aparılıb: 

“Bu ilə kimi məktəbli formalarının qiymətləri bədən ölçülərinə görə dəyişirdi. Məsələn: aşağı siniflərdə 38 bədən ölçüsünə kimi 30, 42 bədən ölçüsü olan formalar isə 35 manat idi. 7-11-ci siniflərin kostyumları 40-45 manata satılırdı. Bəzən kimsə bu ölçüdə olan formanı baha satırdı. 




Odur ki, bizdə qiymətlərdə qruplaşma apardıq. Belə ki, bu il aşağı siniflərdə bütün bədən ölçülərində olan formalar 34 manata, 7-11-ci siniflərin kostyumları isə 43 manata satılacaq”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam