Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Təbiət Elmləri Gimnaziyası haqda ilginc iddia -"1 aydan çoxdur valideyn komitəsi yalvarır ki..."

 

Təbiət Elmləri Gimnaziyası haqda ilginc iddia - "1 aydan çoxdur valideyn komitəsi yalvarır ki..."



Sumqayıt şəhər Təbiət Elmləri Gimnaziyasından redaksiyamıza şikayət məktubu daxil olub. Məktub müəllifləri iddialarının sübutu kimi bir neçə səs yazısı da göndəriblər:

Yenixeber.org: "Sumqayıt şəhər TET Gimnaziyasının (Təbiət Elmləri Gimnaziya) direktoru Nizami Əhmədovun qanunsuz pulyığıma əməliyyatı bitmək bilmir.
Direktor il boyu fondpulu adına valideynlərdən pul yığır. Guya bu yardımı valideynlər öz istəyi ilə edir. Hətta onlara guya könüllü verirmişlər kimi ərizə yazdırırlar.
Amma vəziyyət elə qurulub ki, pulu verməyənlər və ya direktorun istədiyi məbləği verməyənlər direktorun dırnaqarası qara siyahısına düşür. Qara siyahıya düşmüş şagirdlər əlaçı olsalar, yaxşı oxusalar belə direktor və müəllimlər tərəfindən sıxma-boğmaya salınır. Onların hüquqları pozulur, qiymətləri qəsdən aşağı salınır. Şagirdlərə müəllimlər tərəfindən zorakılıq edilir.
Valideynlərin çoxu “ağrımaz başım deyib” pul göndərirlər, istəmirlər ki, uşaqları incidilsin, o səbəbdən də qulcasına direktorun dediklərinə, valideyn komitələrinin yığdıqlarına susurlar. Bəzisi isə etiraz əlaməti olaraq pul vermirlər. Onda da onların uşaqları müəllimlər tərəfindən qəddarcasına sıxışdırılır. Uşaqlar hamısı gərgin və qorxu şəraitində məktəbə gedirlər. Direktor məktəbdə qestapo rejimi yaradıb.
Bu səs yazısı Təhsil Nazirliyinin xüsusi nəzarətində olan Gimnaziyanın X sinifinin valideyn komitəsi tərəfindən Vatsapda valideynlərə söylənib. 1 aydan çoxdur ki, valideynlərə çağırış edən valideyn komitəsi, yalvarır ki, verməyənlər tezliklə pul versin. Yoxsa direktor Nizami Əhmədovun siyahısına düşəcək"

Redaksiyadan: Qarşı tərəfin də mövqeyini olduğu kimi təqdim etməyə hazırıq.moderator.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam