Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sumqayıt təhsilində 23 saylı məktəb kabusu:nələr baş verir?

          

Sumqayıt təhsilində 23 saylı məktəb kabusu: nələr baş verir?
Yenixeber.org: Zakir Fərəcov Sumqayıt şəhər icra başçısı vəzifəsinə yenidən qayıtdıqdan sonra bütün sahələrdə əsaslı dönüş yarada bildi. Təəssüf ki, işguzar icra başçısı Sumqayıt təhsilin bir əlac qıla bilmədi. Zakir Fərəcov Təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərovu müşavirədən belə qovması hazırda Sumqayıt təhsilinə rəhbərlik edənlər üçün dərs olmayıb. Bununla bağlı redaksiyamıza daxil olan şikayətlər də Sumqayıt təhsilində bərbad vəziyyətin hökm sürdüyünü göstərilir. Sumqayıt təhsilində artıq tendensiya halını alan müqavilə əsasında əvvəz etmə məsələsi geniş füsət almışdır. Apardığımız müşahidələrə görə Sumqayıtın əksər məktəblərində Nazirlik tərəfindən rəsmi təyin edilən direktor yox, məhz əvəzedicilər hegemonluq sərgiləməkdədir. Buda təhsildə bəzi neqativ haların artmasına gətirib çıxarmaqdadır – desək yanılmarıq yəqin. Sumqayıt şəhərində məktəblərdə əvəzedici olaraq təyin edilməsi, şəxslərin İcra Hakimiyyətində səlahiyyətli şəxslə görüş keçirdikdən və “şirinlik” verdikdən sonra mümkünsüz olan təyinat mümkün ola bilir. Nədəndirsə Direktor kimi fəaliyyət göstərməsi mümkün olmayanlar bu posta ticarət obyekti kimi yanaşaraq həmin posta gəlmək üçün dəridən qabıqdan çıxmaqdadırlar.
Bu dəfə redaksiyamızın elektron poçtuna Sumqayıt şəhər 23 saylı orta məktəbdə baş verənlərlə bağlı məlumat daxıl olub. Məktəbdə baş verənlərlə bağlı məlumat verən mənbə bildirir ki, Sumqayıt şəhər 23 saylı orta məktəbin direktoru Reyhan Yunisovaya İcra Başçısının birinci müavini,Teymur Səmədov himayədarlıq edir. Məktəbdə yayılan xəbərlərə görə Reyhan Yunisova digər məktəb direktorları kimi hər ay Teymur Səmədova “hörmət” edir. Bu haqda cumhuriyyet.az-ın elektron poçtuna daxil olan yazıda deyilir: “Reyhan Yunisova binaların və qapı-pəncərələrin təmiri adı altında şagirdlərdən hər ay 5 manat, müəllimlərdən isə hər ay 30 manat pul alır.Topladığı pulları isə qohumlarının istifadəsində olan qapı-pəncərə və dəmir sexlərinə yönəldərək qiymətləri şişirtmək yoluyla müəllimlərdən yığılan pulları mənimsəyir. Başqa məktəblərə 2 bina verildiyi halda Reyhan Yunisovanın dediyinə görə 23 saylı məktəbə 5 bina həvalə ediblər. Bundan əlavə direktor məktəbin kabinetlərini repetitorluq edən müəllimlərə icarəyə verib hər ay 100 manat pul alır, ona görə də, başqa məktəbin müəllimlərinin yanına hazırlığa gedən şagirdlərə təzyiq edir, qiymətlərini aşağı saldırır. Digər müəllimlərdən xüsusi bir savadı ilə fərqlənməyən gənc bir müəllimə qısa müddətə xeyli bahalı əmlaka sahib olub və bu günlərdə Bakıdakı salonlardan birindən 70 min manatlıq Cip markalı maşın kreditə götürüb. Onun kreditini də yəqin ki, şagird və müəllimlər ödəyəcək. Əlbəttə ki,tədris ocağını bazara çevirəndə hər şey mümkündür.Şikayət edən müəllimləri isə iclaslarda İcra Başçısının birinci müavini Teymur Səmədovun adını qeyd etməklə hədələyib deyir ki,kimə istəyirsiz, hara istəyirsiz şikayət edin, aksiya keçirin, lap gedin Ceyhun
Bayramova deyin, Sumqayıt təhsili Teymur müəllimə tabedir mənim arxamda o dayanıb, ona hesabat verirəm”.
Mövzu ilə bağlı inernet mediası üzərindən araşdırmalarımzda daha bir maraqlı məlumatla rastlaşdıq. Yerlı mediada yayımlanan və rəsmən təkzib olunmayan həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “Nəzərinizə çatdırım ki, Sumqayıt şəhər 23 saylı orta məktəbin direktoru Reyhan Yunisova rüşvətlə direktor təyin olunduğu üçün məktəbin kollektivindən müxtəlif yollarla pul qazanmağa çalışır. Buna misal olaraq deyə bilərik ki,bu yaxınlarda vəfat edən atasının 3-7 mərasimi üçün adambaşına 30 manat və valideynlərdən isə 10 manat məbləğində pul yığılıb. Bu təklifə etiraz edənlərə isə hədə-qorxu gəlməklə bildirilib ki, sentyabrda dərs verilməyəcək,pul verməyən valideynlərin isə uşaqları məktəbdən qovulacaq. Xahiş edirik ki,bu qanunsuzluğu Təhsil Nazirliyinin nəzərinə çatdırasınız”.(cumhuriyyet.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam