Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Məktəb direktoru əlavə korpus tikmək üçün valideynlərdən pul yığır –ŞOK İDDİA

Məktəb direktoru əlavə korpus tikmək üçün valideynlərdən pul yığır
Bakı şəhəri, Sabunçu rayonu, Ramana 450 ünvanında (Şuşa şəhərciyi adlanan ərazidə) yerləşən Xankəndi orta məktəbində baş verən qanunsuzluqlarla bağlı redaksiyamıza şikayət daxil olub.

Yenixeber.org: Adının çəkilməsini istəməyən valideynlərdən biri bildirib ki, hazırda sözügedən məktəbdə direktor əvəzi çalışan Cəmilə xanım (soyadını dəqiqləşdirə bilmədik – red.) sinif otaqlarında şagirdlərini sıxlığını əsas gətirərək, məktəbin yanındakı boş ərazidə yeni korpus tikdirmək istəyir. Maraqlıdır ki, Cəmilə xanım bu korpusu dövlət hesabına deyil, böyük əksəriyyəti maddi cəhətdən imkansız olan valideynlərin pulu ilə tikdirmək niyyətindədir.

Məlumata görə, direktor xanım dünən bu məqsədlə valideynəri məktəbə toplayaraq, onlardan yeni korpusun tikintisi üçün maliyyə dəstəyi istəyib. O deyib ki, kimin imkanı nəyə çatır, ona uyğun məktəbin əlavə korpusunun tikintisinə dəstək olsun.

Valideynlər deyir ki, hazırda məktəbdə 800 nəfərə yaxın şagird təhsil alır. Direktor fevral ayından etibarən pul yığımına başlayıb. O, bəyan edib ki, hər şagirdin valideyni müəyyən qədər dəstək olarsa, əlavə korpusun tikintisi qısa müddətdə başa çatdırmaq olar.

Qeyd edək ki, məsələ ilə bağlı sözügedən məktəbini direktor əvəzi Cəmilə xanımla və Təhsil Nazirliyi ilə əlaqə yaratmaq cəhdlərimizi alınmadı. Gün ərzində məsələyə aydınlıq gətiməyə çalışacağıq.(hurriyyet.org) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam