Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

AMAKA adını sıradan çıxarmağa çalışdılar

 

Yenixeber.org: Vaxtı ilə fəaliyyət göstərən “MÜXALİFƏT” qəzetinin redaktoru Rövşən Kəbirliyə yazdığım, lakin dərc olunmayan məktubu bu gün oxucuların diqqətinə çatdırmağı lazım bilirəm.

Hörmətli Rövşən Kəbirli! Mən müxalifətin müxalifətiyəm. Bu cümləmlə də hec kəsi təəccübləndirmək fikrində deyiləm. 22 noyabr tarix 23 saylı “MÜXALİFƏT”in 6-cı səhifəsindəki  “Vətən qəbristanlıq deyil axı” başlığı altında fateh Litfi Zadə haqqında yazı məni maraqlandırdı. Ramin Hacızadə dördüncü sütunda yazır:-... Rusiya Kosmik Tədqiqatlar İnstitutunun rəhbəri,gercək bir dahi,kosmik alim və nəhayət həmyerlimiz Kərim Kərimov kecmiş SSRİ-nin son 20 ilində və müasir Rusiya kosmonavtikasının ən böyük ismi və rəhbəri olduğu sürəcdə (?)  Azərbaycan üçün nəylə yadda qaldı? Çox asanlıqla nüfuzundan azca xərcləyib rəhbərlik etdiyi institutun  sadəcə bir bölməsini Bakıda yaratmaqla ilk nnövbədə  vətənini dünya kosmos  evinin bir otağna cevirə və bəlkə də bununla ölkəsinin  yer altından çıxan sərvətilə deyil, həm də güclü elmi potensialı ilə tanınmasına imza atmış olardı. Amma o,bunu etmədi, yaxud heç bu barədə düşünmədi...

Əvvəlcə bunu qeyd etmək istəyirəm ki,  jurnalist olan kəs yazdığı məqalə haqqında ətraflı araşdıma apardıqdan sonra yazısını mətbuata verməlidir. Yaxşı deyək ki, “professor” Ramin bilməyib Respublika kosmik elmi haqqında belə bir cümlə işlədib. Bəs R. Kəbirli bu yazını ağına bozuna baxmayıb necə qəbul etmişdir? R. Kəbirli məndən  AZƏRBAYCAN MİLLİ  AEROKOSMİK AGENTLYİ (AMAKA)  haqqında 05.05. 2007 –ci ildə 5.5 səhifəlik həcmində material qıbul edərək 12 may 2007-ci il tarixdə “MÜXALİFƏT”  qəzetində “Qara qızıl ustaları kosmik mərkəzdə” başlığı altında bir səhifəlik yazı vermişdir. Bundan başqa “MÜHAKİMƏ”  qəzetinin 14-20 iyun 2007-ci il tarix 21-ci sayında mənim imzamla bir dəfəyə AMAKA haqqında iki sıhifəlik material vermişdir. Demək istəyirəm ki, Tofiq Kazım o. İsmayılov Azərbaycanda kosmik elm üzrə nəinki institut,1982 –ci ildə SSRİ Baş Kosmos İdarəsi nəzdində   Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyi, Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra AZƏRBAYCAN MİLLİ AEROKOSMİK AGENTLİYİ- ni yaratmışdır. Həmin Agentliyin tabeliyindəki institutlarda,zavodda və Respublikanın bölgələrində fəaliyyət göstərən filiallarında səkkiz min nəfər intellektual səviyyələri yüksək olan elmi və mühəndis kadrlar fəaliyyət göstərirdi. Siz isə T.ismayılovun elmi fəliyyətinə kölgə salmağınız bir yana qalsın,yaradıcı akademiki təhqir etmişsiniz. Onun ruhunun Sizdən inciyəcəyini dərk edirsinizmi?

Respublika müstıqillik əldə etdikdən sonra  K.Kərimov  A.Mehdiyevlə birlikdə H.Əliyevin qəbulunda olmuş və kosmik elmin Respublikada inkişafı ücün dəyərli məsləhətlərini vermişdir.  Agentliyi demirəm, təkcə bir elmi tədqiqat kosmik institutun saxlanılması üçün bir ildə minimum 0.6 milyon manat pul vəsaiti tələb olunur.

Hal hazırda AMAKA mənsəbpərəstlərin fəaliyyətsizlikləri ucbatından süquta uğramışdır.  Onu süquta uğradanlara qarşı yuxarıda göstərdiklərimdən başqa mətbuatda dəfələrlə çıxış etmuşəm: “GÜN” 9 iyul 2005-c il, “XURAL” 01-07 iyun və 08-14 iyun 2008-ci il və “Vıtəndaş Həmrəyliyi” 26-28-ci il tarix.

Kosmik elm və kosmik təşkilat haqqında dəqiq anlayışı olmayan Ramin kimiləri başa düşməlidirlər ki, həmi elm sahəsindən yazmaq üçün Respublikada bu elm mənbəənin varlığını ,yoxluğunu dəqiq araşdırmalı, sonra qələmlərini işə salmalıdırlar. Respublikamızda kosmik elm sahəsində intellektual səviyyəsi yüksık olan və xaricdə kifayət qədər yaxşı tanınan elmi kadr vardır. Həmin elm sahəsində və həmin təşkilatda 2-3 nəfər savadlı elmli  kadr qalmışdır.  Artıq ora ictimai təminat idarəsini xatıladır. Raminlər bilmədikləri sahələrdən cəfəng təkliflər yazaraq həqiqi olan elmi yoxa   

çıxardıb oxucuları aldatmamalı və mətbuatı hörmətdən salmamalıdırlar.

Ramin yazısında çox VƏTƏN-VƏTƏN deyir.  T.K.  İsmayılovun yaratdıgı AMAKA-nı VƏTƏN saxlaya bİldimi?  R.Rüstəmov, T.Nizamov, F.Qasımov, K. Hüseynov, Y.Hüseynəliyev,Q. Heseynov kimi alimləri və yaradıcı şöbələri  bu gün haradadırlar?

Cənab Kəbirli! Artıq iki ildir ki, mətbuatda çıxış edirəm. Faktları dəqiq şərh etdiyimdən heç kim, hec bir mətbuat çıxışlarıma görə mənə qarşı təkzib, iddia qaldırmağa cəsarət etməmiş və edə də bilməyəcəklər.

                                                    24 noyabr 2008-ci il.

Söz gəlişi       :R.Kəbirli ilə stolunun arxasında stullarda əyləşib sorğularıma cabab verməsini tələb etdim: Cənab redaktor ag yalanları nə ücün dərc etmişsiniz?

Cavab verdi: səhv etmişəm.

Heydər Əliyev AMAKA-nın inkişafı ücün fərman verdi:

AZƏRBAYCAN MİLLİ AEROKOSMİK AGEHTLİYİ HAQQINDA

 Azərbaycan Respublikasında elmi tədqiqatlar aparılması işinin daha səmərəli təşkil edilməsi və təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:

  1. Azərbaycan Milli Aerokosmik Agentliyi Azərbaycan Respublikası  Dövlət  Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibindən  çıxarılıb Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyinə verisinsin

     3.Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

                                                                   Heydər Əliyev

                         Azərbaycan Respublikasının Prezidenti

                                     Bakı şəhəri, 4 yanvar 2003-cü il                                     

AZƏRBACAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARININ QÜVVƏDƏN DÜŞMÜŞ HESAB EDİLMƏLƏRİ
                                           HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
                                             FƏRMAHI

 Azərbaycan Respublikası Prezidentinin”Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamənin,nazirliyin strukturunun və işcilərin say həddinin təsdiq ediməsi haqqında “ 2006-cı il 27 sentyabr tarxli 462 nömrəli və “Azərbaycan Respublikası   Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinin təşkil edilməsi haqqında” 2006-cı il 27 sehtyabr tarixli 463 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

  1. Azərbaycan Respublikası Prezidentinin aşağıdakı fərmanları qüvvədən düşmüş hesab edilsin:
    • Azərbaycan respublikası Prezidentinin Azərbaycan Milli Aerokosmik Agentliyinin Əsasnaməsinin təsdiq edilməsi və mərkəzi aparatının say tərkibinin

 müəyyən ediməsi haqqında”  Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 3 iyul tarxli 26 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,1992-ci il, N 13,maddə 527; Azərbaycan Respublikasının Qnunvericilik Toplusu, 2004 –cü il,N12,maddə 1004);

 

          1.3 “Azərbaycan Milli Aerokosmik Agentliyi haqqında”                              Azərbaycan Respublikası Prezidentinin 2003-cü il  4 yanvar tarix 839 nömrəli Fərmanı (Azərbaycan   Respublikasının Qanunvericilik Toplusu,2003-cü il,N1, maddə 31).

 

         2  Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

                                                                                  İlham Əliyev

                                 Azərbaycan  Respublikasının Prezidenti

                                                 Bakı şəhəri, 27 fevral 2007-ci il.

Azərbaycan Respublikasıda kosmik sənayenin yaradılması və telekommukasiya peyklərinin orbitə cıxarılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda yüksək texnologiyaların tətbiq olunmasına və ölkədə kosmik sənayenin yaradılmasına təkan verilməsi məqsədilə qərara alıram:

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
    • Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının layihəsini üç ay müddətinə hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • Bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
  1. Azəbaycan Respublikasının Rabitə və informasiya Texnologiyaları Nazirliyi Azərbaycan Respublikasının telekommunikasiya peyklərinin orbitə çıxarılması ilə bağlı müvafiq tədbirləri həyata keçirsin.
  1. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

                                                                               İlham Əliyev

                               Azərbaycasn Respublikasının Prezidenti

                                                  Bakı şıhəri,4 noyabr 2 008-ci il.

İndi isə Prezidentin bir sərəncamına diqqət yetirək. Prezident Administrasiyasının strukturundakı dəyişiliklər açıqlanıb. APA-nın məlumatlarına görə  Azərbaycan Prezidenti İlham Əliyev 30 may 2017ci ildə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası strukturunun təsdiqi və işcilərin say həddinin müəyyən edilməsi haqqında” sərəncam imzalanıb. Sərəncama əsasən PA-nın strukturu yenidən təşkul edilib,işcilərin  say həddi 410 ştat vahidi müəyyən edilib.  

Verilən fərmanlardan göründüyü kimi Azərbaycan Milli Aerokosmik Agetliyi Azərbaycan  Respublikası Dövlət Xüsusi Maşınqayırma Konversiya Komitəsinin tərkibindən çıxarılıb Azərbaycan Milli Elmlər Akademiyasının tərkibinə verimiş,sonda isə AMAKA –nın adı dəyişdirilərək MAKA kimi Müdafiə Sənayesi Nazirliyinin tərkibinə daxil edilmişdir.

Körpə nəvə şirniyyat üçün Babasının əlindən tutub dükanları gəzdirdiyi kimi AMAKA-nı nə vaxtadək müxtəlif və ona aidiyyatı olmayan komitə,elmi idarə və nazirlik qapılarında boynunu bükdürəcəklər? Bir təşkilata bir dəfə fərman verilər...

 Kosmik pyklərin orbitə buraılmasında gəncləri interetdə çox tərifləyirlər. Mən də istəyirəm ki, bu uzun uzadı təriflər həqiqi və həqiqət olsun.

25.07.2015-il tarixli internet məlumatında xəbər verilir: “ Azərbacan  peykdən 27 milyon qazanıb.”Sonra qeyd edilir ki, peyk Azərbaycana 120 milyon dollara başa gəlib. Sual meydana çıxır ki, onda 120-27=93 milyon dollar zərər nədir? Orbitə buraxılan üç peykdən 93x3= 279 milyon dollar zərər kiçik respublika  üçün böyük məbləğdir.

Bəs kiosmik elm sahəsində yüksək inkişafı əldə etmək ücün neyləmək lazımdır?

  1. MAKA adını ləğv edib AMAKA adını bərpa etmək;
  2. Kecmiş kadrları geri qaytarmaq;  
  3. Benəlxalaq Astronavtika Federasiyasına (BAF) üzv olmaq və ABŞ-ın NASA-sı ilə faydalı əlaqə yaratmaq lazımdır.

Mən Respublikaımızda 4 həfərə inanıram: Prezident İlham Əliyevə,Vitse Prezident Mehriban Əliyevaya,Millət Vəkili Vəhid Əhmədova və DTX –nın rəsi Mədət Quliyevə.

Mən İlham Əlyevə inanmışam ki, 44 misralıq qoşma tipli yazdığım “Tahir eylədi” şeirimin son misralarını ona həsr etmişəm:

Yaşılgöz cənaba qoşulmamağı,

Milləti, dövləti unutmamağı,

Bayrağı,Quranı birgə tutmağı,

Varisi cahanda Tahir eylədi.

 

Quliyev Elxan Sarı o.                 17.03.2019-cu il


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam