Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda ilk dəfə kosmik proqramlar sahəsində beynəlxalq müsabiqə keçiriləcək

 

Bakıda ilk dəfə kosmik proqramlar və məlumat bazası sahəsində "ActInSpace" beynəlxalq müsabiqəsi keçiriləcək
Yenixeber.org:  Bu barədə Fransanın Azərbaycandakı səfiri Aureliya Buşe mətbuat konfransında bildirib.
Diplomatın sözlərinə görə, bu tədbir 24 qrupa bölünəcək 105 tələbə arasında ən istedadlıların və yaradıcıların müəyyənləşdirilməsinə imkan verəcək. Onlar 24 saat ərzində jüriyə layihələrini təqdim etməli olacaqlar.
"Müsabiqə müasir və peşəkar nəsli dəstəkləmək, eləcə də yeni müasir texnologiyaları, sahibkarlığı təşviq etmək, həmçinin kosmik texnologiyalar və vətəndaş cəmiyyəti sahəsində təşkilatlar arasında əlaqələri inkişaf etdirmək, patent, proqram təminatı, məlumatlar bazası və kosmik infrastruktur sahəsində problemlərin komanda həlli yollarını müəyyən etmək məqsədi daşıyır", - səfir deyib.
Qalib komandanın adına aydınlıq gəldikdən sonra o, iyunun 27-si Azərbaycanı beynəlxalq müsabiqənin final mərhələsində təmsil etmək üçün Fransanın Tuluza şəhərinə gedəcək. Müsabiqə Azərbaycan-Fransa Universiteti ilə birgə CNES (Milli Kosmik Tədqiqatlar Mərkəzi) və ESA (Avropa Fəza Agentliyi) tərəfindən təşkil edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam