Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

REKTORLARIN QARA GÜNLƏRİ BAŞLAYIR-Universitetləri “ailə müəssisəsi”nə çevirənləri sərt cəzalar gözləyir

Mikayıl Cabbarovun təhsil naziri vəzifəsindən çıxarılaraq, vergilər naziri gətirilməsindən az qala iki aya yaxın vaxt keçsə də, ölkənin ən strateji sahələrindən biri sayılan Təhsil Nazirliyinə hələ də rəhbər təyinatının həyata keçirilməməsi çoxsaylı müzakirələrə və mülahizələrə yol açıb.

Yenixeber.org: Ən son informasiyalara görə, təyinatın gecikməsinə əsas səbəb əslində yeni nazir təyinatından sonra bütövlükdə təhsil sektorunda aparılacaq və geniş struktur dəyişikliklərini də özündə ehtiva edəcək mühüm islahatlar paketinin hazırlanması ilə bağlıdır.

Bildirilir ki, hazırlanmış bu yeni islahatlar layihəsində orta məktəblərdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün geniş və çoxsaylı tədbirlərdən tutmuş, peşə ixtisas məktəblərinin aidiyyəti nazirliklərin himayəsinə verilməsi, ali məktəbələrə qəbul mexanizminin təkmilləşdirilməsi və təhsil sektorunda korrupsiyanın kökünün kəsilməsi kimi vacib məsələlər də yer alıb.

Proses barədə məlumatlı şəxslərin iddiasına görə, layihədə həyata keçirilməsi nəzərdə tutulan ən əhəmiyyətli islahatlardan biri qohum ixtisaslı, eyni profilli dövlət ali məktəblərinin birləşdirilməsi və ali məktəblərdə tüğyan edən korrupsiyanın kökünün kəsilməsi üçün sərt cəza tədbirlərinə əl atılmasıdır ki, təyin ediləcək yeni təhsil naziri həm də bu prosesi apara biləcək gücdə və xarakterdə olmalıdır.

Məlumatlara görə, büdcə vəsaitlərinə qənaət etmək və idarəetməni təkmilləşdirmək məqsədiylə bir neçə dövlət ali məktəbinin birləşdirilməsi ideyası hələ Mikayıl Cabbarovun vaxtında gündəlikdə olub. Ancaq birləşdiriləcəyi gözlənilən dövlət ali məktəblərinin rektorlarının öz postlarını itirməmək üçün nazirə açıq müqavimət göstərmələri, eləcə də birləşmiş məktəblərə rəhbər kimi irəli sürülən bəzi namizəd-rektorların fəaliyyətlərində özlərini doğrultmaması və ilkin yoxlama-təftiş zamanı xeyli qüsurların aşkarlanması prosesi ləngidib.

Məsələn, deyilir ki, hələ Mikayıl Cabbarovun vaxtında büdcədən xeyli “pul aparan” və Bakıda böyük maddi-texniki bazaya malik 3 böyük ali məktəbin – Texniki Universitetin (TU), Memarlıq və İnşaat Mühəndisləri Universitetinin (MİMU) və Dövlət Neft və Sənaye Universitetinin (DNSU) birləşdirilməsi layihəsi mövcud olub. Hətta birləşmiş nəhəng universitetə Dövlət Neft və Sənaye Universitetinin hazırki rektoru Mustafa Babanlının namizədliyi də nəzərdən keçirilib. Ancaq Mustafa Babanlının ADNSU-dakı iki illik fəaliyyətinin qeyri-rəsmi yollarla təftişi ortaya xeyli maraqlı faktlar çıxarıb və siyasi hakimiyyəti onun adı üzərində durmaqdan çəkindirib: əvvəla, aydın olub ki, Mustafa Babanlı siyasi-ideolji baxımdan heç də mövcud hakimiyyətin siyasi kursuna sadiq adekvat və dayanıqlı fiqur deyil –qeyri-rəsmi söhbətlərdə o, mövcud hakimiyyətin, hakim komandanın ayrı-ayrı nüfuzlu təmsilçilərinin siyasi tənqidçisinə çevrilsə də, özü öz fəaliyyətində hədsiz dərəcədə nöqsanlara yol verib.

Məsələn, elə onun öz işçisi dosent Rəna Gülmalıyevanın mətbuata şikayətindən sonra jurnalistlər üzə çıxarmışdı ki, rektor Mustafa Babanlı bu ali təhsil ocağını, faktiki olaraq, ailə müəssisəsinə çevirib: qızı Məhsəti Babanlını universitetə müəllim, Rusif Hüseynov adlı bacısı oğlunu özünə müşavir, bacısı gəlini Cəmilə İsmayılzadəni universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri, Dünyaxanım adlı qardaşı qızını UFAZ-ın müəllimi, Ədalət adlı qohumunu Azərbaycan dili kafedrasının müdiri təyin edib və onlara digərlərində artıq maaş yazdırıb. Üstəlik, işçisi rektorun Universitetin hər mərtəbəsində kafe-bufet açdıraraq, külli miqdarda qanunsuz gəlir əldə etdiyini və Vergilər Nazirliyinin də hətta buna görə onu cərimələdiyini iddia etmişdi. Bu universitetdə dərs deyən müəllimlərin sözlərinə görə, Mustafa Babanlı rektor təyin olunandan indiyədək ADNSU-nun binalarının təmiri bitmək bilmir ki, bilmir. Deyilənə görə, bu təmir-tikinti işləri universitet büdcələrinin talanmasında çox əhəmiyyətli bir praktikadır və təkcə Mustafa Babanlı yox, digər rektorlar da bu üsuldan geninə-boluna yararlanırlar…

Hələ Mikayıl Cabbarovun zamanında birləşdirilmə layihəsi hazır olan daha iki ali təhsil müəssisəsi isə Azərbaycan Dillər Universiteti (ADU) ilə Bakı Slavyan Universiteti (BSU) olub. Vaxtilə bir ali məktəb kimi fəaliyyət göstərən, sonradan iki universitetə ayrılan bu ali təhsil müəssisəsinin yenidən birləşməsinin təxirə salınmasında isə, deyilənə görə, həm siyasi amillər (Rusiya ilə münasibətlər səbəbindən), həm də BSU rektoru Nurlana Əliyeva ilə sabiq təhsil naziri Mikayıl Cabbarov arasındakı ziddiyyətlər böyük rol oynayıb. Bununla belə, bildirilir ki, yeni təhsil naziri təyinatından sonra bu iki ali təhsil müəssisənin təkrar birləşdirilməsi nəzərdə tutulur və ADU rektoru Kamal Abdullanın birləşmiş universitetə rəhbər gətiriləcəyi gözlənilir…

Onu da qeyd edək ki, bizə məlumat verən mənbənin sözlərinə görə, hakimiyyət bütövlükdə təhsil sektoruna həm də siyasi hakimiyyətin qorunub saxlanmasında önəmli rol oynayan bir sahə kimi yanaşdığından, seçkiyədək Təhsil Nazirliyinə sədaqəti sınaqdan çıxmış və təhsil işini bilən bir kadrın gətirilməsində və onun əliylə də “müstəqilliyə” can atan, ali təhsil müəssisələrinə “ticarət obyeki” kimi baxan rektorların cəzalandırılmasında maraqlıdır…

Bildirildiyinə görə, artıq vəzifəsindən uzaqlaşdırılmaqla, hətta həbslə cəzalandırılacaq rektorların siyahısı da tam hazırdır və bütün proseslərə yeni nazir təyinatından sonra start veriləcək.(mia)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam