Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mikayıl Cabbarova yeni səlahiyyət verilir-ÖZƏL!

 

Yeni ildən tələbə qəbulunu Təhsil Nazirliyi aparacaq

“Xeberinfo.com”:   Hökumətdə növbəti struktur dəyişiklik gözlənilir. Bir-birini qismən və tamamilə təkrarlayan nazirlik, komitə, idarə və digər dövlət təşkilatlarının birləşdiriləcəyi haqqında bir müüdət əvvəl də yazmışdıq. Artıq Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olundu və səlahiyyətləri iki dövlət strukturu arasında bölüşdürüldü. Ardınca “Azərenerji” SC və “Bakıelektrikşəbəkə” ASC-nin bazasında “Azərişıq” ASC yaradıldı.

Bu istiqamətdə “xeberinfo.com”a yeni məlumat daxil olub. Məlumata görə növbə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına (TQDK) çatıb. Bu qurumun yaxın vaxtda ləğv edilərək, səlahiyyətlərinin Təhsil Nazirliyinə veriləcəyi gözlənilir. Hətta bu səbəbdən TQDK-nın fəaliyyəti de-fakto dondurulub. Məleykə Abbaszadəyə isə heç bir əhəmiyyətli addım atmamaq tapşırılıb. Artıq Nazirlər Kabinetində əsas müzakirə obyektinin məhz bu məsələ olduğu deyilir. Daha doğrusu əsas qərar qəbul olunub, qalır Təhsil Nazirliyində aparılacaq struktur dəyişiklik. Mikayıl Cabbarovun rəhbərliyi altında bu məqsədlə yeni idarə yaradılacaq. 

Bu dəyişikliklə TQDK əməkdaşlarının əksər qismi işsiz qalmayacaq. Onların Təhsil Nazirliyində yaradılacaq idarədə işlə təmin olunacağı da gözlənilir.

O ki, qaldı Mikayıl Cabbarovun tələbə qəbulu kimi ağır bir yükü nə dərəcədə çəkə biləcəyinə, yaşayıb görərik.

 

 

Xalid         


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam