Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazir qəbul imtahanlarındakı YENİLİKLƏRDƏN DANIŞDI

 

Nazir qəbul imtahanlarındakı YENİLİKLƏRDƏN DANIŞDI

 

"Ali məktəbələrə qəbul imtahanlarında tətbiq ediləcək yeniliklər prosesin sadələşməsinə xidmət edir"

Yenixeber.org: Bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib

Yeniliyi şərh edən nazir bildirib ki, 25 ildir tətbiq edilən bir sistem bu illər ərzində təhsilə xidmət etdi və bundan sonra da edəcək: “Lakin eyni vaxtda mütəmadi olaraq baş verən dəyişikliklərə nəzər salmalıyıq. 9 il bundan öncə bizim məktəblərdə yeni tədris proqramı qəbul edildi. Bu da baş verən dəyişikliklərin nəticəsidir. Bu sahə ilə məşğul olan insanlarımız qonşu dövlətlərin də təhsil təcrübəsini öyrənir. Bu gün Azərbaycanda təhsil sahəsində müzakirə edilən dəyişikliklər heç də unikal deyil. Rusiyada, Türkiyədə də oxşar proseslərin zaman-zaman getdiyini, imtahan formasının təkmilləşdirildiyini görmək mümkündür. Bu yeniliklər günün və əmək bazarının tələblərinə uyğun biliklərin qiymələndirilməsini aktuallaşdırır”.

Nazir bildirib ki, imtahanın keçirilmə qaydasının dəyişdirilməsi formatın sadələşdirilməsinə hesablanıb. “İmtahan fənlərinin sayının azalmasını da buna nümunə göstərə bilərik. Bu yeniliklə həm də məktəb imtahanının dəyəri artır. İlk dəfə olaraq təhsildə iki sahə ilə məşğul olan qurumun birgə təşəbbüsü ilə dəyişikliklər barədə 2 il öncə məlumat verilir. Hesab edirəm ki, bu, abituriyentlər və valideynlərin hazır olması üçün imkan yaradır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam