Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bəzi kolleclər ali məktəblərə veriləcək

 

Təhsil naziri Mikayıl Cabbarov 2015-2016-cı tədris ilində hansı kolleclərin ali təhsil müəssisələrinin tabeliyinə veriləcəyini açıqlayıb

"Xeberinfo.com":  Məlumata görə, "Report"un sualını cavablandıran nazir deyib ki, kolleclərin ali təhsil müəssisələrinin tərkibinə qatılması prosesi tədricən həyata keçiriləcək.
Onun sözlərinə görə, bu bütün kolleclərə şamil edilməyəcək: "Bu yalnız bir sıra kolleclərə aid edilib.Təhsil Nazirliyi 2015-2016-cı tədris ili üçün bir neçə kollecə dair müvafiq təkliflərini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Hazırda aidiyyəti qurumlarla razılaşdırma prosesi gedir".
Nazir bildirib ki, ilk olaraq Bakı şəhərində yerləşən Maliyyə-İqtisadi Kollecinin Azərbaycan Dövlət İqtisad Universitetinin tərkibinə verilməsi təklif olunub: "Daha sonra Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin Azərbaycan Texniki Universitetinin tərkibinə verilməsi nəzərdə tutulub. Bilirik ki, ali təhsil müəssisələrində müasir baloniya prosesinin tələblərinə keçid orta ixtisas təhsil müəssisələrinə nisbətən daha tez və sürətlə gedir. Mövcud yeniliyi tətbiq etməklə bu prosesi fəallaşdırmaq istəyirik. Bütün bunların məqsədi orta ixtisas təhsil pilləsində tələbələrə verilən təhsil səviyyəsinin daimi yüksəldilməsi və müasir əmək bazarının tələblərinə cavab verən kadrların yetişdirilməsidir"

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam