Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Ali məktəblərə qəbul qaydaları dəyişdirilir -Təhsildə yenilik

mikayil-cabbarovTəhsil Nazirliyi ali məktəblərə qəbul olan tələbələrin sayının artırılmasına dair təklifləri hazırlayaraq hökumətə təqdim edib. 

Xeberinfo.com:   Təhsil naziri Mikayıl Cabbarov deyib ki, ali təhsil müəssisələrində tələbələrin sayı getdikcə artacaq.

Onun sözlərinə görə, Təhsil Nazirliyinə ali təhsil müəssisələri tərəfindən edilən müraciətlər əsasında bu il ali təhsil sistemində hazırlıq ilinin tətbiqi şərti ilə ali təhsil müəssisələrinə qəbulun genişləndirilməsinə dair, yəni, qəbul olan tələbələrin sayının artırılmasına dair təkliflər hökumətə təqdim olunub.

Nazir qeyd edib ki, hazırda həmin təklifə hökumətdə baxılır: “Bu dəyişiklik qəbul olunsa, ölkədə ali təhsil səviyyəsinə qəbul olan tələbələrin sayı nisbətən artacaq və yüksək akademik nailiyyətlər göstərən tələbələr təhsillərinə dərhal başlaya biləcəklər. Zəruri bilik səviyyəsi nümayiş etdirə bilməyən, lakin ali təhsilə meylli olan və ali təhsil almaq istəyən tələbələr bir sıra ixtisaslar üzrə ali məktəblərin nəzdində xüsusi hazırlıq kursları keçdikdən sonra ali təhsilə yiyələnə biləcəklər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam