Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Tələbələrə gəlir mənbəyi kimi baxırlar” -Təhsil ekspertindən sərt ittiham

 

"Xırdalan şəhərində kirayədə yaşayan 5 tələbə qızın dəm qazından zəhərlənərək ölməsi tələbələrin və təhsil alanların təhlükəsizliyi məsələsini gündəmə gətirir”. 
 
Yenixeber.org:   Bu fikirləri təhsil eksperti Kamran Əsədov səsləndirib. 
O bildirib ki, tələbələrin təhlükəsizliyi məsələsi illərdir həll olunmur:"Vaxtilə Neft Akademiyasında baş vermiş qanlı teror aktından bu günə qədər bu məsələ həll olunmayıb. Söhbət təkcə təhsil müəssisələrindəki təhlükəsizlikdən getmir. Təəsüflər olsun ki, 52 ali təhsil müəssisəmizdə təhsil alan 162 min, 113 ilk peşə təhsili müəssisəsində təhsil alan 25 mindən çox şagirdin, 61 orta ixtisas təhsili müəssisəsində təhsil alan 60 min nəfərdən çox tələbənin təhsil ocaqlarına necə gəlmələri, hardan gəlmələri, harda qalmaları barədə bu təhsil ocaqlarının rəhbərlərinin məlumatları və fəaliyyətləri yoxdur.
Bizdə tələbələr sadəcə olaraq təhsil müəssisələrinin maddi rifahını yüksəltmək üçün lazımdır. Yəni tələbə, ancaq ödədiyi təhsil haqqına görə lazımdır. Çünki gəlir mənbəyidir”.
Ekspert hesab edir ki, tələbələrin hansı yerlərdə qaldığı, necə gəlib getdiyi mütəmadi olaraq aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır:"Yalnız təhsil alanın qalması üçün uyğun, təhlükəsizlik tam təmin olunmuş yerlərdə tələbələrin qalmasına icarə verilməlidir. Tələbələrə nəzarət edən ayrıca bir qurum olmalıdır.
 
Daha kağız üzərində fəaliyyət göstərən indiki tələbə təşkilatları kimi yox. XX əsrin əvvəllərində neft sənayesində çalışmağa gələn fəhlələrə sahibkarlar daha yaxşı şərait yaratmışdılar”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam