Təhsil haqqında
Xeberinfo.com: (II yazı)
İnstituta tələbə qəbulu zamanı minlərlə abituriyentlərdən5-6 nəfər yüksək bal toplaya bilir.Bax, beləcəTəhsil nazirliyinin xidməti göz qabağındadır. Nazirlik anlamalıdır ki, alimi olmayan milləti qul kimi alıb satırlar. Müstəqillik qazanandan bəri orta məktəblər hələ ki, cəmiyyətə bilgidən dayaz olan şagirdlər ordusu püskürür. Bunun başlıca səbəbi tək müəllimlərin əmək haqlarının kifayət məbləğdə olmamasında deyil. Hal-hazırda respublikadakı təhsil sitemi qərbin təhsil sistemi ilə ayaqlaşa bilmir. Qərbin təhsil sisteminə çatma və onu mənimsəmək üçün tədriciinkişaf yolu tələb olunur. Biz isə Müstəqilliyi 25 ildir ki, əldə etmişik. Təhsil naziri vəzifəsinətəhsil üzrə akademik təyin edilsə də belə təhsildə birdən birə inqilab baş verməyəcək. Dövlətimizin qarşısındaəsas məsələlərdən birincisi təhsil sistemində irəliləyişi təmin etmək durur. Bunun üçün küllü məbləğdə vəsait tələb olunur ki, bu vəsait də hələlik yoxdur. Mühaibə vəziyyətində olduğumuzdan mən belə başa düşürdüm ki, vəsait yoxdur və yaxud vəsait çatışmır. İqtisadçı alim Qubad İbad oğlu isə faktlara əsaslanıb belə yazır: ”Hökuməti idarə edənlər ölkənin inkişafına yönələn vəsaitdən kəsib özlərinin sosial maddi-təminatına yönəldirlər. Büdcə rəqəmləri göstərir ki, dövlətin idarə etmə xərcləri 60 %-dən çox artıb”(Strateq.az21.10.2016-cı il).
Hal hazırda gündəlik ağrılı məsələ müəllimlərin gözünün şagirdlərin əlinə baxmasıdır.Axı hamı imkanlı valideynlər kimi şagirdlərə məktəbdən əlavə keyfiyyətli bilik üçün muzdla pullu müəllimlər tuta bilmirlər. Hal-hazırki təhsil sistemində neqativ hallar saysızdır və bunu sadalamaqla qurtaran deyil. Xaricdə təhsil alan gənclər isə təhsildən sonra respublikaya qayıtmırlar.Həmin neqativ halların bir neçəsini diqqətə çatdırmaq istəyirəm.
Yaşadığım dönəmdə istehsal və elm sahələrində elə dərin bilgi sahibi olan insanlarla işləmişəm ki, moşennik rəhbərlik həmin bilgi sahiblərini infarkt edib gedər gəlməzə yola salıblar.Elə elmi tədqiqat institutu var ki, qoçular, zorakılıqmeydanına, eləsi də var ki,təyinatından yayındırılıb alverçi yuvasına çevrilib. Elə dövlət univesiteti də var ki,işcilərinin əksəriyyəti ailə və qohumlardan təşkil olunubdur.
Müstəqillik qazanılandan sonra dövlət institutları universitetlərə çevrildi və özəl universitetlərində baş verən diplom xatirinə bilgisiz mütəxəssislər burxılışına üstünlük verilməsi xəstəliyinə tutuldu.
Hal hazırda respublikada universitetlərin sayı çox, diplom alıb bilgidən kamil və iş bacaran dəyərli mütəxəssizlər isə yoxdur. Qısaca desək bu xoşagəlməzliklər-elmin, elm müəssisələrinin,bilgi mənbəyiolan univesitetlərin elmisizləşməsi adları qeyd edilən mənbələr xüsusi şəxslər tərəfindən şəxsi maraq naminə monopoliya və korrupsiyalaşmaya şərait yaradan amillərdən biri də məhz təhsilin və elmin inhisara alınmasındadır.Qeyd edilən mənbələrdə inhisarlaşma ona gətirib çıxarıbdır ki, təhsil və elm sistemini idarə edənlər tələb edilən qaydaları və qanunları tərtib edənlər və onun icrasını qanundan kənar istədikləri kimi həyata keçirənlərdir ki, bu kimilər ali səlahiyyət sahibləri olduqlarından bilgi sistemlərində sürətli çürümə gedir.
Saxta diplomları saxtakarlıqla məşğul olanlara sırıyanda səlahiyyət sahibləridir. Bilgisiz olub idarəetmədə və məktəblərdə əyləşənlər müəssisələri necə idarə edə bilər, məktəblərdə şagirdlərə hansı bilgi verə bilərlər ? Bu barədə saytlarda geniş məlumatlar verilibdir.
Qeyd etdiklərimibir faktla olduğu kimi bunu nəzərə çatdırmaq istəyirəm ki, vaxtı ilə fəaliyyət göstərən ölkəşöhrətli bir elmi təqqiqat institutunu xüsusi məqsədlər üçün adını olduğu kimi saxlayıb təyinatını isə bildikləri kimi fırladaraq dərin bilgi sahibi olan alimləri oradan darmadağın vəiki nəfərini isə infarkt etdilər...
***
Cahanda vuruşub dövlət qurmuşuq,
Uğrunda can verib xilqət qoymuşuq,
Yolunda and içib miknət olmuşuq,
Dözümdə seçilib-xoşbəxt SOYmuşuq.
***
Düşünən beynidir quran əlidir,
Genindən sərvətdir, qandan xalisdir,
Sevinən qəlbidir,orden fəxridir,
Çox sirdən əfzəldir, üstün alimdir.
Millətin dahisi, elmi zamini,
Xalqının günəşi, əqli, gövhəri,
Varlığın şöhrəti, canlı sərvəti,
Dövlətin özülü, nəbzi alimdir.
***
Müstəqil dönəmdə alim çoxalıb,
Xar məchul elmində zalım çox artıb.
İlbəil büdcədə artan məsrəflər,
Yalancıl elmlərə qurban gedirlər.
Alverçi alimlər sayaqlayırlar,
Yalançı diplomlar balalayırlar.
Bilgiset, institut bazarlaşıblar,
Tədqiqat, fəzilət xarablaşıblar.
Kiçik arayış, lüğətdə: Əfzəl-çox fəzilətli, kamillik,üstünlük, alicənablıq, əxlaq, bilik,mərifət; Miknət- bacarıq, İqtidar, dövlət.
Quliyev Elxan Sarı o.