Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Naxçıvan universitetində RƏZALƏT: Tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub

"Naxçıvan Dövlət Universitetinin bəzi fakültə dekanları bir qrup qız tələbəyə qiymət qarşılığında cinsi əlaqədə olmaq təklifi ediblər. Həmin tələbələr də baş verənlərin videogörüntüsünü gizli çəkib, universitetin rektoruna təqdim ediblər. Lakin, rəhbərlik bu biabırçılığı araşdırmaq yerinə, qısnamaya məruz qalan tələbələri təhdid edir".
Yenixeber.org: Bu barədə "Gündəlik Naxçıvan" Media Qrupuna bir qrup zərərçəkmiş qız tələbə məlumat verib.
Onların sözlərinə görə, bu cür biabırçılıqlar ən çox Fizika-riyaziyyat fakültəsində baş verir.
Fakültənin tələbəsi G.B. da zərərçəkənlərin arasındadır. O, deyib ki, yaxşı hazırlaşsa da onu imtahandan qəsdən kəsiblər və qiymətini düzəltmək üçün universitetdə yay məktəbinə gəlməyə məcbur olub. Burada isə dekan ona əxlaqsız təklif edib:
"Gözəl, gözə gəlimli qızların çoxunu oxusalar da, qəsdən kəsirlər. Sonra da qiymət yazmaq üçün dekan onlara əxlaqsız təklif edir. Yəqin ki, razılaşanlar da olub. Lakin, mən və bir neçə başqa qız bunu bildiyimiz üçün əvvəlcədən nə edəcəyimizi planlaşdırmışdıq. Dekan Məftun müəllimin bizi qəbul edib, öncə təhdid, sonra isə əxlaqsız təklif etməsini ayrı-ayrılılqda gizli videoya çəkdik. Sonra isə bu faktları dekanın qadın olan müavininə verdik. O da hər şeyi protokollaşdırıb, rəhbərliyə təqdim etdi. İndi dekanı cəzalandırmaq yerinə bizi təhdid edirlər ki, niyə gizli video çəkmisiniz. İnsanların namusu ilə oynayanlara, iş yerini əxlaqsızxanaya çevirənlərə söz deyilmir, biz zərərçəkənləri gözümçıxdıya salırlar."

Adının çəkilməsini istəməyən digər zərərçəkən də təhdid olunduğunu bildirir:

"Biz istəyirdik ki, bu məsələ universitet daxilində həll olunsun, Azərbaycan ictimaiyyəti bu biabırçılıqdan xəbər tutmasın. Lakin, rəhbərlik əxlaqsız dekan və müəllimləri cəzalandırmaq yerinə, bizi təhdid etməyə başladı. Biz də məcbur qalıb, bu məsələni ictimailəşdiririk. Təkcə dekan yox, fakültənin başqa bir kişi müəllimi də belə əxlaqsızlıqla məşğuldur. Biz dövlət rəhbərindən tələb edirik ki, əxlaqsız dekan və onun kimi müəllimlər universitetdən qovulub cəzalandırılsınlar."
Zərəçəkənlər bildirirlər ki, bu cür hallar təkcə Fizika-Riyaziyyat fakültəsində baş vermir.
Naxçıvan Dövlət Universitetindən məsələyə münasibət bildirmək istəmədilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam