Gəncə təhsilində Gülnar Hadıyeva "qara kassa" rolunda - Külli miqdarda mənimsəmə...

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin keçmiş Maliyyə-iqtisadiyyat sektorunun müdiri Gülnar Əhəd qızı Hadıyeva 2022, 2023, 2024-cü illərdə məktəblərin bufetlərindən yığılan 3-cü fonun pulundan smetada nəzərə alınmadığı halda özünə 2023-cü il dekabr ayında 100% və 150%, ümumlikdə 250% mükafat yazıb
Bu iddia Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Maliyyə-iqtisadiyyat sektorunun keçmiş müdiri Gülnar Əhəd qızı Hadıyeva ilə bağlı Yenixeber.org-a daxil olmuş yazıda yer alır...
Aktuallığını nəzərə alıb, yazını müəyyən düzəlişlərlə dərc edirik:
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin keçmiş Maliyyə-iqtisadiyyat sektorunun müdiri, hal-hazırda regionun Gəncə şəhəri üzrə baş məsləhətçisi, yəni (baş mühasibi) və regionun "qara kassası" Gülnar Əhəd qızı Hadıyevanın dövlət qulluğu vəzifəsi üzrə sertifikatının vaxtı 26.11.2023-cü il tarixdə bitdiyinə, yəni sertifikat qüvvədən düşdüyünə baxmayaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanunun maddə 28-1-ə (Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) zidd olaraq 26.11.2023-cü il tarixdən hal-hazırkı tarixədək dövlət qulluğu vəzifəsində müddətsiz müqavilə ilə işləmişdir.
Belə ki, o, hər ay özünə dövlət qulluğu vəzifəsinin əmək haqqını, əlavə haqq və mükafat yazaraq külli miqdarda 1 il 1 ay, yəni 13 ay 920,25 manat əmək haqqı, 6 dəfə mükafat, yekunda 17484,75 manat məbləğində pul vəsaiti mənimsəmişdir.
Həmçinin 2022, 2023, 2024-cü illərdə məktəblərin bufetlərindən yığılan 3-cü fonun pulundan smetada nəzərə alınmadığı halda özünə 2023-cü il dekabr ayında 100% və 150%, ümumlikdə 250% mükafat yazıb. Təsdiqedici sənədləri lazımı dövlət orqanlarına təqdim edilə bilər. Rəsmi saytda (https://portal.dxa.gov.az/) bütün sənədlər öz əksini tapıb.
Mənimsəməyə baxmayaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin şefi olan Gülnar Hadıyeva barəsində rəhbərlik tərəfindən heç bir ölçü götürülməmiş hal hazırda fəaliyyətinə davam etdirərək GDRTİ-də baş məsləhətçi olaraq işinə davam edir. Özü demişkən, "burada mənəm, bağdadda kor xəlifə" , heç kim mənə heç nə edə bilməz. İstədiyi işçini qara yollarla işə götürür, ona baş əyməyən işçiləri isə işdən azad edir. Çünki şefdir axı. Necə özünə saxta yollarla pul yazıb, elə də GDRTİ-də maliyyə iqtisadiyyat sektorunun müdiri əvəzi işlədiyi dövrdə, həmçinin hal-hazırda regionun Gəncə şəhəri üzrə baş məsləhətçi olduğu dövrdə maliyyə üzrə qanunsuz olaraq külli miqdarda vəsait mənimsəmişdir.
(Ardı var)

Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.