Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Bu abituriyentlər ödənişsiz təhsil alacaq

 "II qrupda 290 baldan yuxarı nəticə göstərən abituriyentlər ödənişsiz təhsil alacaq".
 Yenixeber.org: Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
"II qrupda dövlət sifarişli yerlərin sayı 4 325-dir. Dövlət sifarişli yerlərə 300 baldan yuxarı nəticə göstərən 4 126 nəfər var. 290 baldan yuxarı nəticə göstərən insanların dövlət sifarişli yerlərdə ödənişsiz təhsil almaq imkanı olacaq. Bu, yalnız II qrupa aiddir. Çünki burada belə müsabiqə vəziyyəti yaranıb", - DİM sədri bildirib.
M.Abbaszadə bildirib ki, keçən il II qrupda ən yüksək nəticə göstərən abituriyentlər UNEC-in "maliyyə" ixtisasını seçirdilər. "Bu il bizdə abituriyentlərin sayı da artıb. II qrupda 200 yox, 150 baldan yuxarı nəticə göstərənlər abituriyentlər marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi və turizm işinin təşkili üzrə yerlərə sənəd verə bilərlər. Belə yerlərin sayı 4760-dır. Müsabiqəyə isə 6 min 803 nəfər buraxılıb. II qrupda ümumi plan yerləri 13 min 285-dir. Ümumi müqayisədə hər müsabiqəyə buraxılan şəxs üçün ən azı 2 yer var".
DİM sədri əlavə edib ki, II qrupda plan yerləri müsabiqəyə buraxılan şəxslərdən daha çoxdur.
"Bizim əsas müsabiqə vəziyyətimiz elə dövlət sifarişli yerlərdədir. II qrupda həmin müsabiqə şərtinə uyğun nəticə göstərən hər bir şəxs ali məktəbə qəbul oluna bilər. Çünki ümumi plan yerləri və müsabiqəyə buraxılan şəxslərin sayını müqayisə edəndə görürük ki, plan yerləri daha çoxdur. Amma bu, o demək deyil ki, həmin yerlər boş qalacaq. Diqqətinizə çatdırım ki, plan yerlərini ikinci dəfə biz elan edəndə subbakalavrlar bu müsabiqəyə qoşulacaq. Bütün bu yerlər subbakalavrlar tərəfindən dolacaq", - DİM sədri bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam