Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

İsmayıllıda yol çəkilişi zamanı qədim tarixi abidə və sənət nümunələri tapılıb -FOTO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2020-ci il tarixli müvafiq Sərəncamı əsasında İsmayıllı rayonunda Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc-Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisinə başlanıb.

Yenixeber.org: Yolun Kürdüvan kəndindən keçən hissəsində görülən tikinti işləri zamanı eramızdan əvvəl və bizim eraya aid yüzə yaxın məişət qabları, bəzək əşyaları, sikkələr və eləcə də tikili qalıqları tapılıb.
Əraziyə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı və  Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin İsmayıllı rayonu üzrə nümayəndələri baxış keçirib, aşkarlanan tapıntılarla tanış olublar.
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq rəsmi müraciətlər olunub. Artıq sözügedən ərazi məhdudlaşdırıcı giriş lenti ilə bağlanıb, mülki şəxslər və polis əməkdaşları tərəfindən mühafizəsi təmin olunub.
Qeyd edək ki, Sara Aşurbəyli "Şirvanşahlar dövləti" haqqında əsərində orta əsr mənbələrinə əsasən Kürdüvan əhalisini "Şirvanşahların xəzinə rəncbərləri" olaraq qeyd edib. Ehtimal edilir ki, bu ərazidə olan tikili həmin dövrlərə aid məscidin qalıqlarıdır. Xankəndi inzibati ərazi dairəsinə daxil olan Kürdüvanda orta əsrlərə aid məscid olduğu bildirilir. Yerli sakinlərin sözlərinə görə həmin məscid məhz bu ərazidə yerləşib.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam