Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ağsu, İsmayıllı və Şamaxıda - baş verən zəlzələdə...

Ağsu, İsmayıllı, Şamaxı rayonlarında baş verən zəlzələdə tarixi abidələrə ziyan dəyməyib.

Yenixeber.org:   Bu barədə həmin rayonlarda bu il fevralın 5-də baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərə dair mayın 7-də İsmayıllıda keçirilən 3 aylıq hesabat brifinqində bildirilib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov deyib ki, İsmayıllı tarixi abidələrlə zəngin yerdir, buna baxmayaraq, baş verən zəlzələdə tarixi abidələrə ziyan dəyməyib: "Tarixi abidələr o qədər yaxşı tikilib ki, zəlzələ zamanı heç bir daş da qopmayıb. Tarixi abidələrə dövlət səviyyəsində diqqət var, onların qorunması istiqamətində tədbirlər görülür".

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov zəlzələ zamanı rayondakı tarixi abidələrə ziyan dəymədiyini bildirib: "Tarixi abidələr çox keyfiyyətli tikilib. Azərbaycan dövləti tarixi abidələrin qorunmasına xüsusi diqqət yetirir".

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev də zəlzələ zamanı tarixi abidələrin zərər görmədiyini söyləyib. (Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam