Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Nizami adına kinoteatrın binası” belə məhv edilib-FOTOLAR

 “Nizami adına kinoteatrın binası” tarixi-memarlıq abidəsinin məhf edilməsi barədə cinayət işinin          məhkəmə baxışı Şirvan Apellyasiya Məhkəməsində davam etdirilir.

Yenixeber.org: “Nizami adına kinoteatrın binası” tarixi-memarlıq abidəsinin məhv edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan 1(049)-172/2019 saylı cinayət işi üzrə (hakim Etibar Camalov) appellyasiya şikayətinin baxışı 01 iyun 2020-ci il tarixə, saat 15:30 təxirə salınmışdır.                                  Belə ki, Lənkəran şəhəri, Mirmustafaxan küçəsi 4 ünvanında yerləşən “Nizami adına kinoteatrın binası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəqli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi (inventar №4792, tikilmə tarixi-1947-ci il) dövlət mühafizəsinə götürülmüşdür.                                                                                                                              “Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İctimai Birliyi Lənkəran şəhəri, Mirmustafaxan küçəsi 4 ünvanında yerləşən “Nizami adına kinoteatrın binası” və dahi Azərbaycan şairi Nazami Gəncəvinin heykəlinin uçurulması və yerində “şadlıq sarayı”nın inşa edilməsi barədə 2015-ci ildən 2019-cu ilə qədər aidiyyəti qurumlara müraciət etmiş və sikayətin nəticəsi olaraq AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət işi qaldırılmışdır.                                                        Abidəyə münasibətdə şikayətçi “Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İctimai Birliyi olduğu halda, abidənin dağıdılmasına, satılmasına şərait yaradan və bu qaninazidd hərəkətə  rəsmi icazə verən Mədəniyyət Nazirliyi və Mədəniyyət Nazirliyi yanında “Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti” istintaq dövründə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək “zərərçəkmiş” şəxs qismində tanınılmalarına nail olmuşlar. “Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İctimai Birliyi Azərbaycan xalqının milli sərvəti olan tarixi və mədəniyyət abidəsinin məhf edilməsi barədə aidiyyəti qurumlar qarşısında məsələni qaldırdığı halda, AR Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstitaq İdarəsində aparılan istintaqa nədənsə “şahid” qismində cəlb olunmuşdur?! Məqsədləri ondan ibarət olmuşdur ki, törədilmiş cinayyəti təstiq edən dəlilləri məhkəmə istintaqı dövründə məhkəməyə təqdim edən tərəf olmasın.                                                                                                                       Lənkəran rayon məhkəməsində aparılan məhkəmə istintaqı dövründə Mədəniyyət Nazirliyi yanında “Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti” sabiq rəisi Zakir Sultanovun nümayəndəsi yazılı şəkildə bildirmişdir ki, “Nizami adına kinoteatr binası” tarixi-memarlıq abidəsinə münasibətdə heç bir şikayət və tələbi yoxdur. O cümlədən abidəyə dəymiş ziyana görə ödənilməli olan 480.000 (dörd yüz səksən min) manatın dövlət büdcəsinə ödənilməsindən də yazılı imtina etmişdir. Buradan belə məlum olur ki, bu cinayət hadisəsini Mədəniyyət Nazirliyi və Mədəniyyət Nazirliyi yanında “Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti” başqa qurumlarla cinayət əlaqəsinə girərək bilərəkdən törətmişlər.      Hal-hazırda məlum hadisələrlə bağlı Mədəniyyət naziri işdən çıxarılmış və Mədəniyyət Nazirliyi yanında “Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti”-nin sabiq rəisi Zakir Sultanov isə həbs edilmişdir. İbtidai İstintaqın düzgün aparılmaması və Lənkəran şəhər məhkəməsində məhkəmə istintaqının həmin istiqamətdə davam etdirilməsi qanuna zidd olmuşdur. Bu barədə dəfələrlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Hüquq Şurasına, Azərbaycan Respublikasının Baş Prokuroruna “Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İctimai Birliyi tərəfindən İstintaqın və məhkəmə baxışının düzgün aparılmaması barədə müraciətlər olunmuş, lakin müraciətlər nəticəsiz qalmışdır.                                                                                                                                     “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” AR Qanununun 1-ci maddəsinə əsasən; Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir; Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları təşkilatları, hüquqi və fiziki şəxslər tarix və mədəniyyət abidələrini qorumalı, onları qorumaqla məşğul olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yerli özünüidarə orqanlarının yaratdığı təsisatlara və qeyri-dövlət təşkilatlara yardım göstərməlidirlər.                                                        Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. (Maddə 10. Abidələrin toxunulmazlığı) Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar. (Maddə 28. Abidələrin qorunması haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində baş vermiş məlum hadisələri, o cümlədən yuxarıda qeyd olunanları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamçısı və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası nəzərə alacaqdır. Buda işin qanunamüvafiq araşdırılmasını təmin edəcək. Buna ümid edirik!

 “Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İctimai Birliyinin mətbuat xidməti.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam