Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Fətullayevin "dağıdılır" çağırışına nazirlikdən cavab -Foto

Tanınmış jurnalist Eynulla Fətullayev ictimaiyyətə və mediaya həyəcanlı müraciət edib.

Yenixeber.org: Məlumata görə,Fətullayev sosial şəbəkə hesabında bir foto paylaşaraq, tarixi abidə aşkar edildiyini bildirib.

"Təzə Pir məscidinin yanında fundament qazılan zaman nadir tarixi abidə aşkar edilib. Həmin abidəni dağıtmaq istəyirlər!! Dəstək verin, heç olmasa bu abidələri qoruyub-saxlayaq".

Jurnalistin bu çağırışı ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov  cavab olaraq bildirib ki, həmin tikili tarixi abidə siyahısında olmayıb.

F.Hüseynov qeyd edib ki, həmin tikili şəxsi mülkdə olan hamamın külxanasıdır:

“Təxminən, 12 il əvvəl orada tikinti işləri görülüb və yaxınlıqda avtomobil dayanacağı da olub. Tikinti işləri gedən zaman da həmin hamam sökülüb, yerin alt hissəsində isə külxanası qalıb. Çünki külxanalar həmişə tikili özülünün aşağısında olub. Bu cür hamamlar şəxsi mülkə aid olsa da, abidə sayıla bilər, lakin həmin tikili tarixi abidə siyahısında olmayıb”.

Yasamal Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, bu məsələ ilə Mədəniyyət Nazirliyi məşğul olur. (kult.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam