Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Rusiya Özbəkistanı da "rusdilli" etmək istəyir - Kreml Daşkəndin daxili siyasətinə müdaxilə edir

 Rusiyanın Xarici İşlər Nazirliyi Özbəkistanda dövlət dili ilə bağlı qanun layihəsi ətrafında yaranmış mübahisələri şərh edib. Bu qanun layihəsi Özbəkistanda kargüzarlıqda özbək dilindən dövlət dili kimi istifadə etməyən vəzifəli şəxslərin və məmurların cəzalandırılmasını nəzərdə tutur. 

Yenixeber.org: Rusiya XİN-in sözçüsü Marya Zaxarova bu qanun layihəsi ilə bağlı mövqeyini bildirib. 

O növbəti dəfə deyib ki, Özbəkistanda kargüzarlıqda dövlət dilindən istifadə tərəfdarlarının aşkar azlıqda olduqları görünür: "Biz bu qanun layihəsi ilə bağlı kütləvi informasiya vasitələrində gedən polemikaya fikir vermişik. Belə bir təəssürat yaranır ki, bu qanun layihəsinin tərəfdarları aşkar azlıqdadırlar. Şərhlərin çoxunda rus dilinin rəsmi istifadədə saxlanması dəstəklənir. Bu, tarixin, zamanın və ikitərəfli münasibətlərin ruhuna tam uyğundur. Əəsası, bu, Özbəkistanın Rusiyada təhsil almaq və işləmək istəyən vətəndaşlarının mənafeyinə uyğundur”.

Rusiya XİN-in sözçüsü habelə Özbəkistanda Rus dilinin tədrisi proqramlarından söz açıb. Zaxarova deyib ki, bu proqramlara əsasən Özbəkistanda əlavə olaraq Rus dili mərkəzlərinin açılması, Özbəkistana rus dilində dərslik, metodik vəsait və bədii ədəbiyyat göndərilməsinin intensivləşdirilməsi nəzərdə tutulub.

Rusiya XİN-in sözçüsü deyib ki, Rusiya ali məktəblərində Özbəkistan abituriyentləri üçün “rus filologiyası” ixtisası üzrə pulsuz yerlərin artırılması planlaşdırılır.

Bundan əvvəl Özbəkistanın Ədliyyə Nazirliyi bir sıra Rusiya medialarının “təxribatçı təbliğat” xarakterli yazılarını pisləmişdi. Nazirlik bildirirdi ki, qanun layihəsindən məqsəd Özbək dilinin dövlət dili kimi mövqelərinin möhkıəmləndirilməsidir.

Ədliyyə Nazirliyinin tərtib etdiyi bu qanun layihəsi qəbul olunarsa, Özbəkistanda kargüzarlıqda Özbək dilindən istifadə etməyən vəzifəli şəxslər 446 min somdan 1.1 milyon somadək (44 dollardan-108 dollara) cərimə olunacaqlar. 

Açıq  görünür ki, imperiya siyasətini davam etdirən Rusiya keçmiş ittifaq respublikalarında öz dilində danışa bilməyən manqurtlar yetişdirmək siyasətini davam etdirir. Hansı ki, lazım gələndə onlardan öz məqsədləri üçün istifadə edir.(Azadlıq Radiosu)  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam