Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Niyə Azərbaycanda yox, Dağıstanda?..

                           

 FHN azərbaycanlılara qonşu ölkədə çadır şəhərciyi salır

Yenixeber.org: Azərbaycan-Rusiya dövlət sərhədindəki Yaraq-Qazmalar buraxılış məntəqəsindən 250 nəfər Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb. Geri dönəcəyi günü gözləyən qalan vətəndaşlara isə hələlik Rusiya ərazisində dəstək göstəriləcək. Belə ki, Dağıstanın Dərbənd rayonunun Qullar kəndində yerləşən və Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus çadır düşərgəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən səhra çadır düşərgəsi salınacaq. Tibbi və psixoloji xidmətin təşkil olunacağı düşərgədə yerləşdiriləcək vətəndaşların mütəmadi qidalanmaları təmin olunacaq. Bunun üçün ərzaq məhsullarını yerli istehsalçılardan tədarük etmək nəzərdə tutulur.

Bu, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Rusiyanın Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev arasında iki ölkə vətəndaşlarının qaytarılması ilə bağlı əldə olunan razılaşmada əskini tapıb.

Qeyd edək ki, rəsmi məlumata görə, hazırda Dərbənd rayonunda 650 nəfər Azərbaycan vətəndaşı qalıb, onlar ölkəyə qayıdacaqlarını gözləyirlər.

Bu razılaşmada bəzi anlaşılmaz məqamlar var. Azərbaycan FHN-nin Dağıstanda Azərbaycan vətəndaşları üçün çadır düşərgəsi qurması barədə qərarı hansı zərurətdən doğub? Həmin şəxslərin ölkəyə gətirilməsi, ehtiyac olarsa, onlara çadır qurulması, ehtiyaclarının ödənilməsi Azərbaycan ərazisində niyə həyata keçirilməyib? Hüquqi baxımdan bu qərar nə dərəcədə doğrdur?

Hüquqşünas Hafiz Həsənov bildirdi ki, dövlət-vətəndaş münasibətlərində hər birinin qarşılıqlı öhdəlikləri var. Yəni vətəndaşların Azərbaycan dövləti qarşısında öhdəlikləri olduğu kimi, Azərbaycan dövləti də öz vətəndaşları qarşısında öhdəliklər daşıyır:

“Kontitusiyaya görə, Azərbaycan dövləti öz ərazisində və xarici ərazilərdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verməli, onlara hamilik etməlidir. Həmçinin, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları hər kəsin bərabər hüquqlarını təmin etməlidir. Hesab edirəm ki, sərhəddə qalan və ölkəyə gətirilməyən Azərbaycan vətəndaşları ilə bağlı son hadisələr, həmin insanların müəyyən mənada müdafiəsiz qalması, bunlar azmış kimi, indi də öz vətəndaşlarını ölkədən kənarda düşərgədə saxlaması dövlət adına utanc gətirən haldır”.

Həsənovun sözlərinə görə, bütün bunlar nəticə etibarilə Azərbaycan dövlətinin öz vətəndaşları qarşısında hüquqi və siyası öhdəliklərinin lazımınca yerinə yetirilməməsi deməkdir.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam