Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Polis Dağıstanda Azərbaycan vətəndaşlarının etiraz aksiyasını qəddarcasına  dağıdıb-(YENİLƏNİB)


 Polis gözyaşardıcı qaz və dəyənəklərdən  istifadə edərək Azərbaycan vətəndaşlarının Kullardakı etiraz aksiyasını qəddaecasına  dağıdıb.

Yenixeber.org: Bir çox etirazçı müxtəlif dərəcəli xəsarətlər alıb. Saxlanılanlar var.

“Azərbaycan dövləti haradadır, vətəndaşlarını niyə belə vəziyyətə gətirir və belə davranışa məruz qoyur. Bizi bu çöldə  taleyin ixtiyarına buraxıblar”, deyə  etirazçılardan biri deyib. 

                                                        *   *   *

Dağıstanın Qullar qəsəbəsində Azərbaycan vətəndaşlarının etiraz aksiyası

Vətənə qayıtmasını gözləyən Azərbaycan vətəndaşları iyunun 15-də axşam Dağıstanın Qullar qəsəbəsində sərhəddə buraxılmaları tələbilə etiraz aksiyası keçirirlər. Bu barədə redaksiyamıza Azərbaycan vətəndaşları üçün yaradılan çadır düşərgəsinin sakinləri bildiriblər.

İyunun 16-da Azərbaycana cəmi 240 nəfərin buraxılacağı məlum olduqdan sonra vəziyyət gərginləşib. 

Adamlar hamının buraxılmasını tələb edirlər. Onların sayı isə 600 nəfərdir.

Bakı vaxtı ilə saat 21.30-a yaxın hamı çadır düşərgəsindən və digər müvəqqəti yaşayış yerlərindən çıxıb və asfalt zavodunun qarşısındakı meydanda toplaşıb.

Etirazçıların bir qismi marşla sərhəddə getməyə çalışıb.

Amma gələn polis qüvvələri onların yolunu kəsib və dəyənəklərlə toplaşanları dağıdır.

“Vəziyyət çox gərgindir. Polis sirenlərinin səsindən, adamların qışqırtısından uşaqlar, qadınlar çox qorxub. Bizim istəyimiz ancaq Vətənə qayıtmaqdır”, - etirazçılardan biri bildirib.(turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam