Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dağıstanda azərbaycanlıların iştirakı ilə iğtişaşlardan sonra cinayət iş açılıb

 Sərhəddə baş verən iğtişaşlardan sonra Dağıstanda müstəntiqlər cinayət işi qaldırıblar. Dağıstan İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, cinayət işi CM-in 318 (hakimiyyət nümayəndəsinin həyatı üçün təhlükəli olan zorakılığın tətbiqi) və 167-ci (başqasının əmlakına qəsdən zərər vurma) maddələri ilə açılıb.

Yenixeber.org: Məlumatda deyilir ki, iyunun 15-də 400-ə yaxın Azərbaycan vətəndaşı Rusiya-Azərbaycan sərhəddinin yaxınlığında “Qafqaz” federal avtomobil yolunu bağlamağa cəhd edib. Onlar polisə müqavimət göstəriblər və onlara daş ataraq “həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıq tətbiq ediblər”.

Nəticədə doqquz polis əməkdaşı xəsarət alıb, beş xidməti avtomobilə ziyan dəyib, 400 min rubla yaxın ziyan dəyib. Bu cinayətlərin törədilməsində şübhəli kimi 10 nəfər saxlanılıb, Dağıstan İstintaq Komitəsi bildirib.

Xatırladaq ki, iğtişaşlar Azərbaycan hakimiyyəti sərhəddə olanların  hamısını (təxminən 600 nəfər) ölkəyə buraxmadıqdan sonra başlayıb. Rəsmi Bakının laqeydliyindən hiddətlənən vətəndaşlar sərhəddən keçməyə qərar veriblər.

Dərbənd rayonunun rəhbəri Fuad Şıxıyev bildirib ki, narazı vətəndaşlar 2 aydan çoxdur çadır düşərgəsində yaşayan və yaxın vaxtlarda Azərbaycana qayıtmasına icazə verilən şəxslərin siyahısına düşməyənlərdir. Koronavirusun yayılması ilə bağlı məhdudiyyətlər səbəbindən onlar sərbəst şəkildə sərhəddi keçə bilmirlər.(turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam