Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Bahlaşma radikalizmə rəvac verir"

 

Ərəstun Oruclu: “İstənilən yoxsullaşma, sosial-iqtisadi depressiya radikal meylləri artırır”

 

 
 
"Xeberinfo.com":  Məlumata görə, Mərkəzi Bankın fevralın 21-də valyuta məzənnələrində dəyişikliklər edərək dollarının rəsmi kursunu 1.05 AZN səviyyəsində müəyyən etməsi ölkədə bahalaşma şoku yaradıb. Artıq Bakının bir çox dükanlarında əsasən idxal mallarında bahalaşma qeydə alınıb. Doğrudur, hökumət süni bahalaşmanın qarşısının alınacağını bildirib, ancaq o da məlumdur ki, manatın 34 faiz dəyərdən düşməsi idxal olunan məhsulların qiymətlərinə təsir edəcək. Bir sıra mütəxəssislər isə bahalaşmanı 30 faiz civarında hesbalayır. 
Bahalaşma eyni zamanda ölkə əhalisi arasında kasıblıq həddinin yüksəlməsinə səbəb olacaq. Hələlik ekspertlər illik 14 faiz infliyasiya proqnozlaşdırırlar. Lakin bütün bunlar ilkin rəylərdir, qarşıdakı günlərdə mövzu ilə bağlı vəziyyət bir qədər də aydınlanacaq. Eyni zamanda iqtisadi inlfiyasiya özü ilə bahalaşma, kasıblıq və digər sosial problemləri də gətirir. İnfliyasiyanın və artan kasıblığın gətirdiyi daha bir fəlakət isə radikalizmin, xüsusən də dini radikalizmin genişlənməsidir. Azərbaycanda bir sıra dini cərəyanlar bütün dünyada olduğu kimi, məhz sosial-istiqadi vəziyyətin ağır olduğu, kasıblıq həddinin yüksək olduğu dövrdə kök salıb. Sınaqdan çıxmış təcrübəyə əsasən kasıblığın geniş yayıldığı ölkələrdə missioner qruplar, radikal dini təşkilatlar daha da geniş yayılır. Çünki birincisi, bu cür qruplar öz ətrafına insanları cəlb etmək üçün maddi şirnikləndirmə vasitələrindən geniş faydalanır. İkincisi isə əhalinin sosial vəziyyətinin aşağı düşməsi, kütləvi kasıblıq, ümidsizlik insanları daha çox bu cür radikal çağırışlar edən qruplara cəlb edir.
Politoloq Ərəstun Orculu deyir ki, infliyasiya istənilən ölkədə kasıblığı və radikalizmi özü ilə gətirir: “Məsələ belədir ki, istənilən yoxsullaşma, sosial-iqtisadi depressiya radikal meylləri artırır. Bu təkcə müsəlman ölkələrində deyil, bütün dünyada belədir. Məsələn, Avropada siyasi radikalizmin artmasının arxasında 2008-ci ildə başlayan iqtisadi böhranın nəticələri dayanır. Bunu bilmək üçün falçı olmaq lazım deyil. Bu, cəmiyyətdə sosial-iqtisadi dinamikanın konkret bir əlamətidir. Cəmiyyətdə yoxsullaşma, sosial depressiya baş verən kimi radikal meyllər güclənir. Onlar əslində həmişə var, ancaq sosial problemlər dərin olmayan cəmiyyətlərdə bu meyllərin tərəfdar toplaması tendensiyası adətən neqativ və yaxud da stabil aşağı olur. Ancaq elə ki yoxsulluq səviyyəsi, müflisləşmə artır, o zaman yoxsullaşan əhali qruplarından müəyyən zümrə məhz radikal qruplara meyl edir. Bunu nəzərə alsaq şübhəsiz ki, Azərbaycanda başlayan bahalaşma – bu hələ ilkin əlamətlərdir, mən düşünürəm ki, istehlak bazarında azı 30, çoxu isə 50 faiz bahalaşma olacaq – radikal qruplara meyli gücləndirəcək”. 
Politoloq deyir ki, manatın birdən birə bu qədər dəyərdən düşməsi bahalaşmanı labüd edir: “Çünki gündəlik tələbat mallarının böyük əksəriyyəti idxal məhsullardır. Çünki zamanında həmin bu idxalçı monopoliyalar – hansı ki, hakimiyyət rəsmilərinin nəzarətindədir – imkan vermədilər ki, orta və kiçik sahibkarlıq inkişaf  eləsin, əksinə, bu təbəqə sıradan çıxarıldı. Bunlar isə əsasən xidmət və gündəlik tələbat mallarının istehsalı sahəsində məşğul olan qrup idi. Əhalinin ciddi bir hissəsi yalnız gündəlik tələbat mallarına işləyirdi, yəni özünü ərzaqla təmin etməyə və zəruri malları almağa gücü çatırdı.  Ölkə rəhbəri bu hissənin əhalinin 5 faiz olduğunu deyirdi, hesab edək ki, elə belə idi. Ancaq bu bahalaşmadan təxminən 6 ay sonra etiraf etməli olacaqlar ki, yoxsullq həddi ən azı 20 faizə çatıb. Bu isə Azərbaycanın real əhalisinin hardasa 1 milyon 600 min nəfəri deməkdir. Yəni ölkədə yeni bir yoxsul kütlə əmələ gəlir. Şübhəsiz ki, bunların arasından radikal cərəyanlara qoşulanlar mütləq olacaq. Bunun üçünsə son illər aparılan siyasət bütün zəruri şərtləri yaradıb. Vətəndaş cəmiyyəti sıradan çıxarılıb, pis-yaxşı demokratik sayıla biləcək müxalifət sıradan çıxarılıb və meydan boşdur. Və siyasətdə boş qalan meydanı adətən çox sürətlə radikallar tutur. Radikalların meydan tutmasının bir çox əlamətləri var : mənə elə gəlir ki, Suriyada döyüşən azərbaycanlıları nəzərə alsaq təkcə bu fakt kifayət edir. İstisna etmirəm ki, bu prosesin sponsorları bunu nəzərə alırlar və indiki şəraitdə, eləcə də bundan sonra daha ciddi şəkildə öz mövqelərini gücləndirməyə çalışacaqlar. Daha çox resurs və diqqət ayrılacaq, bu proses qaçılmaz olacaq”.
musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam