Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

"Manatın devalvasiyası qiymətləri 48% artıracaq"

 

İqtisadçı ekspert, AXCP Rəyasət Heyətinin üzvü Nemət Əliyev 21 dekabr devalvasiyasından sonra müçahidə olunan bahalaşma barədə yazıb.

Xeberinfo.com:   Məlumata görə, o, feysbuk səhifəsində paylaşdığı yazıda qeyd edib ki, devalvasiya qərarı idxal mallarını 50 faizədək bahalaşdıracaq:

“Mərkəzi Bankın dünənki devalvasiya qərarı bazarlarda idxal olunan malların qiymətlərini dərhal 48% artıracaq. Qərardan xəbər tutduqları andan xarici borc öhdəliyi daşıyan bütün idxalçı firmalar bu prosesə başlayıblar. Hətta, bir sıra marketlər, dükanlar vaxt itkisinə yol vermədən anbarlarda qalan malları dünəndən bahalaşdırıblar. Əlbəttə ki, baş verənlər ticarəti müəyyən qədər səngidəcək və əhalinin yüksək qiymət artımlarına uyğunlaşması bir az zaman alacaq. Ancaq, bu çox sürməyəcək. Xarici xammal və materiallara əsaslanan emal və istehsal sahələri gözləməyəcək. Bu proses yerli sahibkarların və əhalinin istehsal və istehlak xərclərini artırdığına görə yerli malların qiymətlərinə sirayət edərək ölkə üzrə bütün malların bahalaşmasına səbəb olacaq. Hələ yalnız idxal mallarının birbaşa təsiri ilə pərakəndə ticarət dövriyyəsi üzrə 20%-ə yaxın bahalaşma qaçılmazdır. Rəsmi məlumatlara əsasən aparılan hesablamalar göstərir ki, elə ilk həmlədə xarici malların daxili bazar payı 38%-dən 48%-ə yüksələcək. Yerli malların ixracının, istehsalının zəifləməsi və idxalın artması fonunda bahalaşma əlavə təkan alaraq bütün bazarı bürüyəcək. Rüşvətxorluq, korrupsiya, monopoliya kimi amillər, vergi orqanlarının son zamanlar tətbiq elədikləri ağlagəlməz vergilər bu prosesə öz “tövhəsini” verəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam