Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Nazirlikdən xəbərdarlıq: Bu ərazilərdə ev tikməyin

 

“Lənkəran-Lerik yolunun 17-ci kilometrliyi, həmçinin 29, 40-cı kilometr sahələrində hər dəfə yağıntıların təsirindən sürüşmə müşahidə olunur. Quba-Xınalıq yolunun 38-ci kilometrliyi, Ağsu aşırımı yolu da aktiv sürüşmə sahələrindəndir. Abşeron yarımadasında isə Zığ sürüşmə sahəsi ən çox aktiv ərazidir. Burada da həm yağıntı, həm də texnogen amillərin təsirindən sürüşmə müşahidə edilir”.

 

"Xeberinfo.com":  Məlumata görə, bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

 

Onun sözlərinə görə, yay fəslini çıxmaqla, digər aylarda sürüşmə sahələrində aktivlik müşahidə olunur.

 

S.Əmiraslanov onu da bildirib ki, sürüşmə sahələri ilə bağlı məlumatlar müvafiq qurumlara göndərilir. Həmin ərazilərdə tikinti aparılarkən, ərazinin aktivliyi nəzərə alınmalıdır:

 

“Ümumimiyyətlə, sürüşməyə meylli ərazilərdə tikintinin məhdudlaşdırılması vacibdir. Bu ərazilərin xəritələnməsinin də məqsədi orada tikinti aparılmasının qarşısını almaqdır.  Təəssüf ki, sürüşmə sahələrində tikintilər davam etdirilir. Ən aktiv sürüşmə sahələrindən olan Zığda fərdi yaşayış evlərinin tikintisi müşahidə edilir. Biz bu işlərin qarşısını ala bilmərik. Sadəcə ərazidə tikinti aparılmasının təhlükəli olması  barədə məlumat verə bilərik”.

 

S.Əmiraslanovun sözlərinə görə, Azərbaycan ərazisində 37, Abşeron yarımadasında 10 sürüşmə sahəsi var. Sürüşmə sahələrinin təhlükəliliyi, dinamikliyi haqqında aylıq bülleten tərtib edilir. Həmin bülleten aidiyyəti dövlət qurumlarına göndərilir.

 

“Bakı şəhəri ərazisində olan sürüşmə sahələrinin fotoplanı hazırlanıb. Koordinatlı şəkildə sürüşmənin hüdudları göstərilib və aidiyyəti qurumlara  bu barədə məlumat verilib. Ölkə ərazisindəki sürüşmə sahələri ilə bağlı fotoplanın hazırlanmasını tam başa çatdıra bilməmişik. Çünki bu il havaların yağmurlu keçməsi işimizə mane oldu, sürüşmə sahələrində topoqrafik, geodeziya işləri ləngidi. Amma qısa zamanda bu işlər başa çatacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam