Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

XEYRİYYƏÇİLİYİ İYRƏNCLİYƏ ÇEVİRƏNLƏR... –Və Mansur Yavaş örnəyi

 

 Yenixeber.org: Bugünlərdə Ankaranın bələdiyyə başçısı Mansur Yavaş maraqlı və təkcə paytaxtda deyil, bütün Türkiyədə məmnuniyyətlə qarşılanan və dəstəklənən çağırışla çıxış edib. Bələdiyyə başçısı paytaxtda yaşayan iş adamlarına, imkanlı vətəndaşlara müarciət edərək, onlara kasıb məhəllələrdəki mağazalarda olan “nisyə dəftərləri”ni bağlamağı təklif edib. Yəni ki, bu çətin günlərdə doğrudan da heç bir reklamsız, bəzək-düzəksiz, tam səmimi olaraq öz həmvətənlərinə, imkansız ailələrə yardım etmək istəyənlər sadəcə qonşu məhəllələrdəki ərzaq, ət, meyvə-tərəvəz və s. mağazalarındakı “nisyə dəftəri”ndə adı olanların borclarını ödəsin.

Bu gözəl təşəbbüs qısa müddətdə ölkə çapında çox böyük populyarlıq qazanıb. Təkcə Ankarada deyil, digər bölgələrdə də imkanlı şəxslər, şirkətlər, iş adamları heç kimin xəbəri olmadan, sakitcə, videokamerasız, çəkilişsiz-filansız mağazalara girir, nisyə dəftərlərindəki borc məbləğlərini ödəyib gedirlər. Onların nə adını bilən, nə də mağaza sahiblərindən başqa üzünü görən olur...

Qeyd edək ki, Türkiyədə buna bənzər təşəbbüs və yardım kampaniyaları, onlarda iştirak edən yardımsevər şəxslər -“adsız qəhrəmanlar” kifayət qədər çoxdur. Əlbəttə ki, onlarla paralel olaraq, dövlət də imkanları daxilində öz vətəndaşlarına yardım etməyə çalışır. Və bütün bunlar elə formada həyata keçirilir ki, insanlar “elektron müraciət ünvanlamaq”, “sms göndərib, cavab gözləmək”, “işsiz kimi qeydiyyata durmaq”, növbə gözləmək və s. bu sayaq süründürməçiliklərdən və müraciətlərinə “yox” cavabı verilərək aşağılanmaqdan azad edilmiş olurlar.

 

Təbii ki, Türkiyədə də etdikləri xeyriyyəçiliyi reklam edənlər az deyil. Ancaq cəmiyyətin və aydınların buna təpkisi öz bəhrəsini verir və Mansur Yavaşın təşəbbüsündə olduğu kimi, tam anonim şəkildə həmvətənlərinə dəstək, kömək göstərilməsi halları artıq kütləvi şəkil alır.

Bunları qeyd etməkdə məqsədimiz Azərbaycanda da belə təşəbbüslərdən örnək götürülməsinin vacib olduğunu vurğulamaqdır. Əlbəttə ki, gördükləri xeyrli işi reklam etmələrinə baxmayaraq, istənilən xeyriyyə aksiyası keçirən şəxsə və şirkətə, yaxud dövlət qurumuna təşəkkür düşür. Lakin təəssüf ki, çox zaman bu məsələdə bütün əndazələr aşılır və yardım təqdim edilən şəxslərin sözün əsl mənasında aşağılandığı eybəcər görüntülər ortaya çıxır. Hələ son parlament seçkisi dönəmində belə hallar müşahidə olundu və qınaq obyektinə çevrildi. Göründüyü kimi, dəyişən bir şey yoxdur və aşağıda təqdim etdiyimiz fotolar bunun bariz nümunəsidir. Bu gün sosial şəbəkələr buna bənzər ikrah doğuran fotolar və videolarla doludur.

 

 

Elə şəxslər, şirkətlər, qurumlar var ki, günəbaxan yağına, kartof-soğana xərclədiyi 5-10 manatın 50 qatını telekanallara verib, gördükləri işi reklam etdirirlər. Hansı ki, məntiqlə məqsədi gerçək xeyriyyəçilik olan birisi reklama ödədiyi pulla daha bir neçə ailəni sevindirə bilərdi...

Ümumiyyətlə, etdikləri yardımın maya dəyəri bunun ətrafında qopardıqları “tozanaqdan” qat-qat kiçik olan xeyriyyəçilər təkcə gördükləri işi deyil, ümumilikdə “sağ əlin verdiyini sol əl bilməməlidir” kimi xeyriyyəçilik prinsiplərini də tapdamış olurlar.

Təəssüf ki, Türkiyədə olduğu kimi, Azərbaycanda da supermarketləri çıxmaq şərtilə “nisyə dəftəri” olmayan mağaza tapmaq çətindir. Yaxşı olar ki, doğrudan da kasıb adamlara dəstək olmaq istəyənlər həmin dəftərlərdəki borcları sildirməklə, yəni səs-küysüz, sağdan-soldan “pozalar verib” şəkil çəkdirmədən, yardım elədiyi insana verdiyini zəhərə döndərmədən, mərd-mərdanə şəkildə kömək göstərsinlər...(azpolitika)

Cəlal Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam