Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Səudiyyə Ərəbistanından Rusiyaya inanılmaz zərbə: Nefti nisyə satacaq

 

 Səudiyyə Ərəbistanının Rusiya ilə haqq-hesabı bitməyib. Ərəblər rusları neft bazarında sıxışdırmaq üçün əlindən gələni edir.

Yenixeber.org: Səudiyyə Ərəbistanı nisyə neft satmağa başlayıb. “Saudi Aramco” Avropa və Asiyadan olan müştərilərə 90 gün sonra ödəməklə məhsul verməyə hazır olduğunu bildirib.

Səudiyyə Ərəbistanı hələ dünən “Brent”dən 10,3 dollar ucuz neft satmağa hazır olduğunu bildirmişdi. Ərəblərin xüsusilə Cənubi Avropa bazarını ələ keçirmək üçün belə addım atdığı iddia olunurdu. Bugünkü qərar isə onu göstərir ki, Asiya dövlətinin iştahı daha böyükdür. Səudiyyə Ərəbistanı Moskvanı bazardan tam sıxışdırmaq istəyir.

Nisyə mal satışını Səudiyyə Ərəbistanı bankları həyata keçirəcək. Bunun üçün xüsusi veksellər nəzərdə tutulub. Borc sənədi əldə edən ölkələr neftin pulunu 90 gün sonra ödəyə biləcək.

Bütün bunların fonunda “Brent” markalı neftin qiyməti dayanmadan düşür. Son məlumata görə, 1 barelin qiyməti 27 dollara yaxınlaşır. Bu halda Səudiyyə Ərəbistanı hətta 16-17 dollara da neft satmağa hazır olduğunu bildirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam