Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Saatlıda kasıb ailələrə verilən bayram sovqatı «yoxa çıxıb»

 

İcra başçısının müavinləri camaata çatacaq ərzaqı öz yaxın qohumlarına paylayıblar 

"Xeberinfo.com":  Saatlıda əndrəbadi olaylar baş verir. Rayon İcra Hakimiyyəti rəsmilərinin hərəkətlərindən dolayı meydana çıxmış acınacaqlı vəziyyət isə dillər əzbəridir. JAM.AZ xəbər verir ki, Saatlıda dözülməz vəziyyətdən şikayətçi olanların təqib edilməsi, təzyiqlərə məruz qalması da adi haldır. Hətta rayona səfər etmiş nazirlərlə görüşə də insanlar buraxılmır. Burxılanlar isə elə vəzifədə olanların qohum-əqrabalarıdır. 

Amma rayonda dünən daha bir biabırçı olay qeydə alınıb. JAM.AZ-a verilən məlumata görə, hər il Novruz Bayramı ilə əlaqədar Saatlı İcra Hakimiyyəti imkansız ailələrə yardım adı ilə onlara bir miqdar ərzaq paylayırdı. Bu il də həmin ənənənin davam edəcəyi gözlənilirmiş ki, tam tərsi baş verib. 

Məlumatda deyilir ki, əvvəlcə, 200-ə yaxın ailəyə məlumat çatdırılıb ki, onlara Saatlı İcra Hakimiyyətinin binası qarşısında ərzaq paylanılacaq. Və həmin kasıb ailənin nümayəndələri də üz tutublar deyilən məkana. Lakin məlum olub ki, heç kimə bayram sovqatı verilməyəcək. Səbəbi də odur ki, icra başçısı Siraqəddin Cabbarovun müavinləri kasıb ailələrə çatacaq Novruz sovqatını öz qohumlarına paylayıblar. 

JAM.AZ-a verilən məlumatda o da deyilir ki, vəziyyəti belə görən ailələr etirazlarını bildiriblər. İcra Hakimiyyətinin binası qarşısında toplaşmış insanlar qarğış edərək, sonradan ərazini tərk ediblər. 

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam