Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Naxçıvanda karantində saxlanılan tələbələr etiraz edir - İşıq yox, su yox - VİDEO

"Naxçıvanda Duzdağda karantində saxlanılan tələbələr şəraitsizliyi videolentə aldıqları üçün onları tutub, harasa aparırlar".
Yenixeber.org: Bu sözləri jurnalist İlkin Muradov "Facebook" hesabında qeys edib. Onun sözlərinə görə,  sözügedən tələbələrin Naxçıvanda yerləşən Duzdağda şəraitsiz vəziyyətdə saxlanılırlar: "Naxçıvanda Türkiyədən gələn tələbələrə normal şərait yaradılmayıb. Buna buradan oturub "vəziyyət əladır" deməklə nə olur? Duzdağda mən də olmuşam, şəraitini bilirəm. Əladır, superdir, möhtəşəmdir... Amma 200 nəfərə yaxın uşağı Duzdağın mağazasında saxlayırlar. Bəli, insanlar həmin mağaraya müalicəyə gedir. Amma heç vaxt orada 200 nəfər birlikdə yatmayıb. Uşaqlara normal qida və su verilmir".

Jurnalist eyni zamanda bu vəziyyəti videoya çəkən şəxsləri tutub harasa apardıqlarını qeyd edib: "Bunları dəfələrlə və indi də çəkirlər, paylaşırlar. Artıq həmin videoları çəkən 3 nəfəri harasa aparıblar. Birini yatdığı yerdən aparıblar. Onların heç birindən xəbər yoxdur. Təsəvvür edirsiniz ki, 200 uşağın ailəsi, yüzlərlə valideyn nələr çəkir? Əgər kimlərsə yenə də özünü görməməzliyə qoyursa, ayıbdır".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam