Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə Naxçıvanda hərbi baza açmağı planlaşdırır -KİV

Türkiyə Naxçıvanda hərbi baza açmağı planlaşdırır - KİV



Somali və Qatardan sonra Türkiyə xaricdə üçüncü hərbi bazasını Azərbaycanın Naxçıvan bölgəsində aça bilər.

Yenixeber.org: Bu barədə Türkiyənin "Sözcü" qəzetinin məşhur şərhçisi Zeynep Gürcanlının sentyabrın 3-də dərc edilmiş məqaləsində deyilir.

Gürcanlı qeyd edir ki, bu gün Türkiyə və Rusiya bir çox məsələlərdə müttəfiqdirlər, amma regional məsələlərdə fikir ayrılıqları var. Xüsusən, söhbət Moskvanın Ermənistana açıq hərbi dəstəyindən gedir.

Buna görə Rusiyanın Türkiyənin Naxçıvanda baza yaratmasına münasibəti birmənalı olmaya bilər, Gürcanlı belə hesab edir.

Bu zaman müəllif Ankaranın Naxçıvanda baza yaratmaq planları haqqında məlumatının mənbəyini qeyd etmir. Materialda həmçinin Bakının bu məsələ ilə bağlı mövqeyi haqqında heç nə deyilmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam