Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Media da “evdə qal” kampaniyasına qoşuldu – Redaksiyalar bağlandı

Media da “evdə qal” kampaniyasına qoşuldu – Redaksiyalar bağlandı

Koronavirusa yoluxan adamların sayı yarım milyonu ötüb. Pandemiya ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, 24 mart 2020-ci il saat 00:00-dan 20 aprel saat 00:00-dək Azərbaycanda xüsusi karantin rejimi elan edilib. 

 

Yenixeber.org: Maraqlıdır, koronavirusdan qorunmağın yollarından yazan, bu qorxunc infeksiya ilə bağlı ictimaiyyəti vaxtaşırı olaraq məlumatlandıran media nümayəndələri özləri hansı rejimdə çalışırlar?

Yenisabah.az bu suala cavab tapmaq üçün media kapitanları arasında sorğu keçirib. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu əməkdaşların evdən işlədiyini deyib: “Əksəriyyətimiz evdən işləyirik. Təkcə canlı yayımlar studiyada olur, həmin müddətdə də orada qonaq və cəmi 3-4 nəfər olur. Hələ ki, bu sistemlə işləyirik”.

Media kapitanı uzaqdan işləməyin bəzi mənfi tərəfləri olduğunu da vurğulayıb: “Əlbəttə, işə mənfi təsirləri var. Bərabər ofisdən işləməyin üstünlükləri başqadır - işçilərin bir-biri ilə məsləhətləşmək imkanı olur”.

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı isə işçilərin aprelin 4-nə qədər tətildə olduğunu bildirib: “Bizdə hələ tətil başa çatmayıb. Əməkdaşlarımız aprelin 4-nə qədər istirahətdə olacaqlar. Hazırda növbətçilər evdən işləyir”.

Report.az saytının baş redaktoru Murad Əliyev martın 29-dan etibarən distant iş rejiminə keçəcəklərini deyib: “Martın 29-dan etibarən distant işləyəcəyik. Ofisdə maksimum 4-5 adam qalacaq, digərləri onlayn şəkildə evdən işləyəcəklər. İş rejimi dayanmayacaq, davam edəcəyik”.

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər iş prosesinin evdən davam etdiyini bildirib: “Hazırda iş prosesi gedir, lakin işçilər evdən işləyirlər. Sadəcə, çəkiliş qrupu canlı yayımlar olan zaman müvəqqəti işə çıxır. Admin və müxbir heyəti isə evdən fəaliyyət göstərir. ÜST-nın hesabatına görə, gələcək həftələr daha kritik olacağı üçün böyük ehtimalla çəkilişləri də təxirə salacağıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam