Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Koronavirus bu sahəni də “vurdu” -  Avtomobillər bahalaşacaq?

Koronavirus bu sahəni də “vurdu” -  Avtomobillər bahalaşacaq?

Koronavirus avtomobil istehsalı ilə məşğul olan şirkətlərə də zərbə vurub.

Yenixeber.org: Pandemiya ilə əlaqədar Fransanın aparıcı avtomobil istehsalçısı “PSA Group” martın 27-nə qədər Avropadakı müəssisələrini bağlayır.

Söhbət “Pegeot”, “Citroen”, DS brendlərinin Fransa, İspaniya, Portuqaliya və Slovakiyada, “Opel” brendinin Almaniya və Polşada, “Vauxhall” brendinin isə Böyük Britaniyada istehsalının müvəqqəti dayandırılmasından gedir.

Bununla yanaşı, Fransadakı “Renault” da ötən gün axşamdan ölkədəki 12 müəssisəsini bağladığını açıqlayıb. Həmçinin hissə tədarükündəki çətinliklər üzündən ötən gün İspaniyada iki müəssisənin da bağlanıldığı bildirilib.

Bundan əvvəl İtaliyadakı “Fiat Chrysler Automobiles” (FCA) də bənzər amilləri əsas tutaraq martın 27-nə qədər “Fiat” və “Maserati” brendlərinin İtaliya, Serbiya və Polşada istehsalını dayandırdığını elan etmişdi.

Bəs bütün bunlar avtomobil qiymətlərinə necə təsir edəcək?

Bununla bağlı iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, avtomobilə tələbat azalıb:

“Hazırda istər avtomobil, istərsə də başqa bir sahənin zavodlarının, müəssisələrinin, beynəlxalq korporasiyaların istehsalı dayandırması və ya məhdudlaşdırılmasının səbəbinə baxmaq lazımdır. Səbəb odur ki, onlar faktiki anbarlarında olan avtomobillərini sata bilmirlər. Yəni tələbat aşağı düşüb. Bu gün dünyada iqtisadiyyat getdikcə kiçilir, dondurulur, bütün əlaqələr kəsilir. Dünya ölkələrinin iqtisadiyyatında naturallaşma gedir. Bunun da səbəbi virusun yayılmasının qarşısını almaqdır. Bu gün tələbat aşağı düşürsə, istehsalda azala və ya dayanırsa, hesab edirəm ki, bütün bunlar avtomobil qiymətlərinin artmasına səbəb olmayacaq, olsa belə aşağı səviyyədə olacaq".  

Ekspert pandemiya aradan qalxdıqdan sonra qiymət artımının ola biləcəyini deyib:

"Bu biznesin qaydasıdır, əgər anbar məhsulla dolursa, istehsal ya məhdudlaşdırılmalıdır, ya da azaldılmalıdır. Ona görə ölkələr bu qərarı qəbul edirlər. Amma problemlər aradan qalxdıqdan sonra iqtisadiyyatın dirçəliş dönəmində istehsal gücünü dayandıran və ya azaldan istehsalçıların bazarlarında müvəqqəti olaraq qiymət artımı ola bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam