Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Koronavirusa yoluxan dünya siyasətçiləri - SİYAHI

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 137 674-ə çatıb. Bunların 70 437 nəfəri sağalıb, 5 080 nəfəri isə ölüb. Xəstəliyə yoluxanlar arasında sıravi vətəndaşlar da var, tanınmış simalar, siyasət xadimləri də… 

Yenixeber.org: Koronavirusa yoluxan siyasət adamlarını, tanınmış simaları təqdim edirik: 

İspaniya kralı Filip və xanımı Letizia koronovirusa görə test yoxlamasından keçiblər və hər ikisi cavabı gözləyir

 

 

Avstraliya Daxili İşlər naziri Peter Dutton da koronovirusa yoluxub

 

 

Kanadanın Baş naziri Castin Trudo və həyat yoldaşı Sofia Qreqori də virus daşıyıcısıdır

 

 

İspaniyanın bərabərlik naziri İrene Montero da ötən gün koronavirusdan dolayı xəstəxanaya yerləşdirilib

 

 

Artıq 10 günə yaxındır ki, İranın birinci vitse-prezidenti İsaq Cahangiri də koronavirusdan əziyyət çəkir. Qeyd edək ki, daha bir siyasi xadim, İranın Tehran şəhərindən seçilən 55 yaşlı qadın deputat Fatimə Rəhbər ötən gün müalicə aldığı Tehranın Məsih Daneşvari xəstəxanasında dünyasını dəyişib.

 

 

Gürcüstanın kənd təsərrüfatı nazirinin müavini İuri Nozadze 2 gün öncə koronovirusdan dolayı karantin altına alınıb

 

 

İtaliyanın Varese vilayətinin həkimlər ittifaqının sədri, 67 yaşlı Lombardiyadan olan terapevt Roberto Stella iki gün əvvəl koronavirusdan dünyasını dəyişib.

 

 

İngiltərə Səhiyyə Nazirinin müavini Nadine Dorries də virusa yoluxanlar arasındadır

 

 

Polşa Silahlı Qüvvələrinin komandanı general Yaroslav Mika da virus daşıyıcısıdır

 

 

İtaliyada kütləvi halda yayılan virusa İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Salvatore Farina da yoluxub

 

 

Fransanın Mədəniyyət naziri Frank Rister də koronavirusdur. Eyni zamanda bu ölkədə Milli Məclisin 5 deputatı da koronavirus pandemiyasından əziyyət çəkir.

 

 

İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani da virus şübhəsilə bir neçə gündür ki, xəstəxanadadır

 

 

İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikar da koronavirusa yoluxanlar arasındadır

 

 

Braziliya Prezidenti Jair Bolsonarudan koronavirusla bağlı götürülmüş test də müsbət cavablanıb. Yəni ölkə prezidenti xəstəlik daşıyıcısıdır.

 

 

Ermənistanın Baş Naziri Nikol Paşinyan və xanımı da koronavirusa yoluxma şübhəsi ilə əlaqədar karantindədir. Karantinin səbəbi onun xanımının ötən həftə Braziliya Prezidentinin xanımı ilə görüşməsidir. Paşinyan canlı yayımda bu gün yoxlanışdan keçəcəyini bildirib.(modern.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam