Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

25-ci dairədə qırğın: Sədaqət Vəliyeva, yoxsa İradə Cavadova? –Foto

 

25 saylı Nizami ikinci seçki dairəsində iki xanım namizəd arasında əsas rəqabət gedir.

Yenixeber.org: Onlardan biri vəkil İradə Cavadova və V çağırış üzrə deputat Sədaqət Vəliyevadır. 

Məlumatlara görə, hər iki namizədin təbliğatı gedir, siyasi hakimiyyət də güclərin balansını qiymətləndirərək seçim edəcək.

Amma bu dairə üzrə seçicilər S.Vəliyevanın fəaliyyətindən narazılıq edirlər. Onların sözlərinə görə, keçmiş deputat parlament üzvü olduğu dövrdə onlarla maraqlanmayıb, hər hansı problemlərinin həllinə nail olmayıb.

İradə Cavadova isə ilk dəfə bu dairədən seçkiyə qatılsa da, ictimaiyyətin yaxşı tanıdığı vəkildir, aktiv xanımdır, bir sıra hüquq pozuntularına qarşı mübarizə aparıb. Müstəqil vəkil kimi tanınan İ.Cavadova həmişə obyektiv tənqidlər səsləndirib.

S.Vəliyevaya gəlincə, passiv deputat siyahısında adı olub. S.Vəliyeva məhz siyasi dayaqlarının hesabına iki dəfə mandat sahibi olduğu iddia edilir.

Bir sıra millət vəkilləri var ki, fəallıq nümayiş etdirirlər. Seçiciləri dinləyirlər, imkan daxilində problemlərini yuxarı instansiyalara çatdırırlar, Milli Məclisdə müxtəlif məsələlər qaldırırlar. Sədaqət Vəliyevanın nə səsini eşidiblər, nə üzünü görüblər.

S.Vəliyeva 2006-cı ildə Sabunçu rayon 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi vəzifəsinə təyin edilib, hazırda bu vəzifədə çalışır. 2008-ci ildən Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının sədridir.

Araşdırmalar göstərir ki, Sədaqət Vəliyeva tutduğu 3 vəzifənin heç birində özünü doğrulda bilməyib. Məsələn, onun baş həkimi olduğu 4 saylı Vərəm Əleyhinə Dispanserdə rüşvət açıq şəkildə tüğyan etməkdədir.(reportyor.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam