Son günlər sosial şəbəkələrdə Abşeron icra başcısı İradə Gülməmmədovanın fəaliyyəti barədə ciddi məlumatlar səsləndirilir.
Dünən də aktrisa Könül Yusif qızı sosial şəbəkələrdə Abşeron rayon icra başcısı İradə Gülməmmədova haqqında maraqlı paylaşım edib.
Yenixeber.org: Həmin paylaşımı oxucularımıza təqdim edirik:
“Bir vətəndaş olaraq Prezidentimizə və I Vitse-prezidentimizə təşəkkür edirəm. DTX-nın rəisi Əli Nağıyevə təşəkkür edirəm. Lütfən, rica edirəm, Abşeron Rayon İcra Hakimiyyətinin başcısı olan qadına tərəf də gəlin. Bütün Abşeron əhalisi narazıdır. Bunu mən bir daha öz problenimi işıqlandıranda gördum. Nə qədər insan mənə yazdı, zəng vurdu, məndən dəstək istədi, amma təəssüf ki, bu dəstək mənim gücüm, imkanım xaricindədir. Ölkə başcısı İlham Əliyev Abşeron ücün həmişə pul ayırıb, diqqət göstərib, amma İradə Gülməmmədova güvəndiyi dağlara güvənərək dövlətə, xalqa xəyanət edir. Əslində onun etdiklərinin yanında xəyanət sözü kiçik səslənir, o adam heç əhalini qəbul etmir, zəng vurursan cavab vermir, saymır. Həftədə 1 gün 2 saat ya nə qədər guya qəbul gunudur, sizcə, bu 210 min nəfər əhalisi olan bir rayona yetərli vaxtdırmı?
Hələ köhnə başçının zamanında mən şəhid atamın yaşadığı binada xatirə löhvəsinin vurulmasını istəmişdim. İndi Sumqayıtın icra başçısı olan Zakir Fərəcov anamı çağırıb söz verdi ki, atamın adına küçə veriləcək Xirdalanda. Amma etmədilər. Təzə xanım başçı da biganə qaldı bu məsələyə. Mənim narazılığım bundan deyil təbii ki. Sadəcə bu məsələni gündəmə gətirəndə gördüm ki, Abşeronda heç kim rəhbərlikdən razı deyil. Əgər ictimai bir insan, media və TV-lərə birbasa çıxış imkanı olan adam kimi mənə belə biganə yanaşırsa, heç saymırsa, görun bu xanım rayon sakinlərinə necə qan uddurur, rayonu necə rahatca yeyir, talayır”.
K.Yusifqızının sözlərinə görə, İ.Gülməmmədova ölkə rəhbərliyinin etimadından sui-istifadə edir: “Hanı abad yollar, hanı şəhərin arxitekturasi, hanı məktəbi, baxçası, hanı poliklinkası, hanı qazilərə, şəhid ailələrinə məcburi köckünlərə edəcəkləri? Hanı parklar? Sovet hakimiyyətindən qalan park var ki, hər il rəngləyib bəzəyir, guya təzə parkdır, əvəzində pul yeyir. Hanı sakinlərlə ünsiyyəti, qayğısı? Hanı dövlətin ayirdığı pullar???
Lütfən, cox hörmətli DTX-nın rəisi Əli müəlim, diqqətinizi bir Abşerona yönəldin, ölkə başçısının ayırdığı pulların hara getdiyini görəcəksiniz. Xahiş edirəm, yolunuzu Abşeron Rayon İcra Hakimiyyətinə salın”.