Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Həkimlərə inamı itənlərin fikrini onlar dəyişə bilər - Azərbaycan da Türkiyənin yolu ilə gedəcək?

 

Həkimlərə inamı itənlərin fikrini onlar dəyişə bilər -

Hazırda dünyanın bir sıra ölkələrində - Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Çində həkim robotlar fəaliyyət göstərir. Gələn ildən etibarən isə qonşu ölkə Türkiyədə də xəstələri robotlar müalicə edəcək. Bununla bağlı Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, ilk belə müayinə 2020-ci ildə gerçəkləşəcək.

 

Yenixeber.org: Bəs həkimlərə inamın az olduğu ölkəmizdə də sağlamlığımızı robotlara əmanət edəcəyimiz günlər yaxındadırmı?

Bu barədə suallarımızı cavablandıran professor Adil Qeybulla bildirib ki, bunun üçün əvvəlcə səhiyyədə dünya standartlarına tam nail olmaq lazımdır:

“Azərbaycanın Türkiyənin yerişini yeriməsi üçün xeyli zaman lazımdır. Bizim səhiyyəmiz əvvəlcə dünya standartlarına uyğunlaşmalıdır ki, belə yeniliklər edə bilsin. Bizdə hələ heç robot cərrahlıq, icbari tibbi sığorta belə formalaşmayıb. Azərbaycanda hələ Qərb səviyyəsi yaradılmayıb. Belə vəziyyətdə başqa bir ölkənin təcrübəsinin bizə gətirilməsi doğru olmaz".

Həkimin sözlərinə görə, robotların Azərbaycan səhiyyəsində söz sahibi olması ancaq uzaq gələcəkdə baş verə bilər:

"Bir vaxtlar təsəvvür edə bilməzdik ki, xəstəni robot əməliyyat edəcək. Ancaq belə görünür ki, gələcəkdə birbaşa əməliyyatlar da proqramlaşdırılacaq. Yəqin ki, ayrı-ayrı standart əməliyyatlar proqram vasitəsilə icra olunacaq. Bu texnologiyalar illər ötdükcə çox sürətlə dəyişir. Məsələn, rəqəmsal texnologiya bütövlükdə dünyanı dəyişdi. İndi artıq nanotexnologiya inkişaf edir. Düşünürəm ki, bu texnologiya dünyayı tamamilə dəyişəcək. Bu gün həkim robotlar ortaya çıxıbsa, deməli artıq bunun məqsədəuyğunluğu sübuta yetirilib”.(yenisabah)

Sabrina Eldarqızı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam