Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Neft böhranı “Sovetski”ni də vurdu

 

2015-ci il başlayandan neftin qiymətindəki eniş Azərbaycan iqtisadiyyatına öz təsirini göstərdi.

"Xeberinfo.com":  Məlumata görə, elə yeni ilin ilk günlərindən bir sıra dövlət müəssisələrində kütləvi ixtisarlar başladı. Bura “Azəriqaz” və Bakı Metropolitenini aid etmək olar. Eyni zamanda Neft Fondu Rabitə Nazirliyindəki iri layihəsindən imtina etdi. 

 

“Azadlıq” qəzetinə istinadən xəbərə görə, bu günlərdə Yasamal rayonu icra başçısının I müavini, Köçürmə Komissiyasının sədri Səməd İslamov deyib ki, hazırda Köçürmə Komissiyasının əsas diqqəti ölçü və inventarlaşdırma işlərinə yönəlib. Bunun səbəbi kimi isə ölçü və inventarlaşdırma işlərinin tam yekunlaşdırılması göstərilir. S.İslamov bildirib ki, hazırda ona çalışılır ki, tam, komplektləşdirilmiş sənəd əldə edilsin. Artıq nəzərdə tutulan bütün yaşayış və qeyri-yaşayış sahələri ölçülüb. 

Amma ortada olan nəticə odur ki, artıq 20 günə yaxındır ki, “Sovetski”də tikinti işləri dayanıb. Ekspertlər bunu təsadüfi saymırlar. Onların fikrincə, baş verən tendensiya böhranın Azərbaycana təsirinin nəticəsidir. 

İqtisadçı Məhəmməd Talıblınınfikrincə, xərclərin azaldılması böhran yox, iqtisadiyyatı neft faktorundan ağır asıllığı olan ölkənin riskləri minimumlaşdırmaq cəhdidir. Söhbət ondan gedir ki, neft hasilatı və qiyməti yüksək olanda ölkə iqtisadiyyatına sürətlə böyük neft pulları daxil olur: “Bizim hökumətdə bu pulları sürətlə xərcləmək kursunu seçərək, heç bir tərəddüdsüz böyük investisiya layihələrinə sərf edirdi. Ölkəyə yüz milyonlarla neft pulları daxil olanda, dəyəri on milyonlarla ölçülən tikinti-investisiya layihələri həyata keçirirdik. Sonra da on milyardlarla neft pulları gələndə dəyəri milyardlarla ölçülən investiisya layihələrini maliyyələşdirməyə başladıq. İndi isə həmin pullar azalıb, azalan pula uyğun olaraq layihələri ya ”qayçılayırıq" və bəzilərini isə yarımçıq saxlayırıq. Necə deyərlər, pul çox gələndə çox xərcləmişik, az gələndə də az xərcləyirik". 

M.Talıblının sözlərinə görə, “orta müddətli xərc strategiyamız” olmadığı üçün situativ qərarlardan asılı duruma düşmüşük: “Bu vəziyyəti illər üzrə dəyişməsini ona görə bir az ətraflı və keçmişə müraciət edərək izahlı təsvir etməyə çalışdım ki, indiki hökumətin qərarının mahiyyəti bizim üçün tam aydın olsun. Böyük investisiya layihələrinin maliyyələşməsi ilə yanaşı, eyni zamanda dövlət idarəçiliyinə çoxlu sayda kadrların işə götürülməsi bürokratik aparatı də əhəmiyyətli sürətdə şişirtdi. Büdcədən maliyyələşmədə dövlət idarəetmə xərcləri də artdı. Hazırda hər 100 manatlıq büdcə xərclərimizin dörd manatından biri idarəetmə xərclərinə yönəldilir. Eyni fikri, dövlət şirkətləri haqqında da demək olar. AZAL, Metropoliten, ARDNŞ və digər dövlət şirkətlərində işçi heyətini nəzərdə tutulmuş normadan artıq sürətlə artırdılar. Neft kanalı vasitəsilə hərarətlənən bu sektorlar, sonradan azalan neft pulları fonunda həmin işçiləri ixtisara salmaq və ya əməkhaqqılarının azaldılması kimi labüd hallarla üz-üzə qalıblar. Necə deyərlər, yumurtlayan toyuğun özü yoxdursa, yumurtası da olmayacaq”.

M.Talıblının fikrincə, ümumiyyətlə götürdükdə, hazırda bir çox layihələrin dayandırılmasının kökündə azalan və azalmaqda davam edəcək neft pullarının kəsilmə riskləri durur. Hökumətin qərarlarınının cəlbediciliyi də məhz bu neft pulları ilə bağlı olduğundan, onun azalmasından sonra hökumətın cazibə mərkəzinə yaxın olan layihələrdə iştirak marağı da sürətlə sönməyə başlayacaq. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam